Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1319/2024 30.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə anadan olmuş qızı X1 xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür, 1-ci Qarabağ müharibəsi ilə əlaqədar 1993-cü ilin avqust ayında ailə üzvləri ilə birgə Sumqayıt şəhərində məcburi köçkünlər üçün verilən evdə məskunlaşmışdır. Qeyd edir ki, xx.xx.1984-cı il təvəllüdlü qızı X10 19 sentyabr 1993-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşdığı evin həyətyanı sahəsində oynayarkən, oradakı su hovuzuna yıxılmış, övladını xilas etməyə çalışsalar da, bu mümkün olmamış, uşaq suda boğularaq vəfat etmişdir. Ailə üzvləri və qohumları ilə birgə qızı Zeynəbi Sumqayıt şəhər qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt nə o, nə də həyat yoldaşı, Füzuli Rayon Qeydiyyat şöbəsindən qızının ölüm haqqında şəhadətnaməsini almamışlar. Mərhum övladının ölüm haqqında şəhadətnaməsini almadığı üçün, hər dəfə sənədləşmə işlərində problemlər və çətinliklər yaşayır. Bu faktın müəyyən edilməsi sənədləşmə işlərini həll etməyi üçün lazımdır. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynının arvadıdır. O, ərizəçigilə qonaq getdiyi vaxt, xx.xx.1984-cı il təvəllüdlü övladı X10 19 sentyabr 1993-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşdığı evin həyətyanı sahəsində oynayarkən, oradakı su hovuzuna yıxılmış və vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin övladı xx.xx.1984-cı il təvəllüdlü övladı X10 19 sentyabr 1993-cü il tarixdə Sumqayıt şəhərində məskunlaşdığı evin həyətyanı sahəsində oynayarkən, oradakı su hovuzuna yıxılmış və vəfat etmişdir. Zeynəb Sumqayıt şəhərində qəbirstanlıqda dəfn olunmuş, o, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1984-cü ildə doğulmuş, atası X9, anası isə Ərizəçidır. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 xx.xx.1978-ci ildə nikaha daxil olmuşlar. -1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, qızı X1 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Füzuli Rayon İcra Hakimyyəti Başçısının Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Horadiz şəhəri, S.Vurğun küçəsi, ev 9-da yaşayır. -fotoşəkildən görünür ki, məzar daşının üzərində mərhumun şəkli əks olunmaqla “X6, xx.xx.1984-xx.xx.1993, valideynlərindən əbədi xatirə, Füzuli rayonu, Horadiz şəhəri” yazılar yazılmışdır. -Füzuli Rayon İcra Hakimyyəti Mənzil Kommunal X2 Vətəndaşlara xidmət idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1993-cü ildə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi Xəstəxanası” X17 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri Mərkəzi Xəstəxanasında sənədlərin arxiv sənədləri ləğv edildiyindən Ərizəçi övladı X1 vəfat etməsi ilə bağlı məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, qızı X1 xx.xx.1993-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun həmin tarixdə Sumqayıt şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1984-cı il təvəllüdlü qızı X10 19 sentyabr 1993-cü il tarixdə Sumqayıt şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1984-cı il təvəllüdlü X4 19 sentyabr 1993-cü il tarixdə Sumqayıt şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə xx.xx.1984-cı il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1319/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1319/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver