Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-136/2023 26.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 1994-cü ilin mart ayında vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 aprel 1982-cı ildə X5 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahdan 06 yanvar 1984-cü il tarixdə Şənlik adlı uşaqları anadan olmuş, sonradan 1994-cü ilin mart ayında vəfat etmişdir. Onu doğumuna dair qeyd mövcud olsa da ölümünə dair sənəd aşkar edilməmişdir. Bununla bağlı Füzuli qeydiyyat şöbəsinə müracitə etdikdə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi əlavə olaraq bildirdi ki, oğlu Şənlik 1994-cü ilin mart ayının 21-də vəfat etmişdir. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1, X6 və X2 bildirdilər ki, Ərizəçi Burcabay oğlunun azyaşlı oğlu X9 1994-cü ilin mart ayının 21də Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İX-JQ № 460202 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X7r. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 630 saylı məktubunda göstərilmişdir ki, X3 ölməsinə dair akt qeydi aşkar olunmamışdır. Füzuli rayon İH Böyük Bəhmənli kəndi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X9 1984-cü ildə doğulmuş və 1994-cü ildə vəfat etmişdir və kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidləri ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi oğlu xx.xx.1984-cü il təvəllüdlü X9 1994-cü ilin mart ayının 21-də Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1984-cü il təvəllüdlü X3 1994-cü ilin mart ayının 21-də Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315) 51-82 Horadiz şəhəri Faks: (026-315) 51-71 İş № 2(064)-136/2023 xx.xx.2023-cü il Ərizəçi Burcabay oğluna Ünvan: Füzuli rayonu, Böyük Bəhmənli kəndi Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-136/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-136/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-136/2023
26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver