Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1362/2025 08.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qızı X1 xx.xx.2024-cü ildə Füzuli rayonunun Qayıdış- 3 qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi və məhkəmə iclasında verdiyi izahatında, iddia tələbini onunla əsaslandırmışdır ki, Ərizəçinin qızı X3 xx.xx.2024-cü il tarixdə Füzuli rayonunun Qayıdış-3 qəsəbəsində intihar edərək ölmüşdür. Ərizəçinin qızının ölməsi barədə tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli Rayon Qeydiyyat Şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, Ərizəçiyə həmin faktın müəyyən edilməsi üçün Məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərilən səbəbdən Ərizəçi qızının ölümü haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Ərizəçinin qızının ölüm faktını Şahid1 Sadiq oğlu və Şahid2 Teman oğlu şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sadiq oğlu və Şahid2 Teman oğlu Ərizəçinin ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi işin halları barədə sonuncu ilə eyni məzmunda ifadə verdilər. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - X3 xx.xx.1988-ci ildə doğuımuşdur (AA5328862 nömrəli şəxsiyyət vəsiqəsinin surəti əsasında); - X2 ilə X3 arasında xx.xx.2010-cu il tarixdə Laçın rayon İHB-nın Qarakeçdi kənd üzrə nümayəndəliyi tərəfindən 02 nömrə ilə nikah aktı qeydə alınmışdır ( AZ-İ seriyalı, 559679 nömrəli nikah haqqında şəhadətnamə əsasında); - X1 özünün asaraq öldürməsi faktı əsasında toplanmış materiallar üzrə cinayət hadisəsi olmadığı üçün həmin fakta görə cinayət işinin başlanması rədd edilmişdir (Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar əsasında); - X1 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışın surəti əsasında); - X1 xx.xx.2024-cüil tarixdə vəfat etməsinə dair Füzuli Rayon Mərkəzi Xəstəxanasında rəsmi qeydiyyat yoxdur (Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında). Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, Ərizəçinin qızı X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçinin qızının ölümü barədə Füzuli Rayon Qeydiyyat Şöbəsində ölüm akt qeydi aparılmamışdır. X1 ölüm faktının müəyyən edilməsi Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qızı X1 xx.xx.2024-cü il tarixdə Füzuli rayonunun Qayıdış-3 qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1362/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1362/2025
08.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver