Məhkəmə qərarları › İş №2(064)-139/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-139/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-139/2023 16.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasna dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh 420 manat borcun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Füzuli rayon sakinidir və məcburi köçkün kimi Füzuli rayonunun Qayıdış-4 qəsəbəsi, ev 104-də yaşayır. Cavabdeh Sulidin oğlu ilə 2018-ci ildə ailə qurmuş və birgə nikahdan 1 övladı vardır. Xasiyyətləri uyğun gəlmədiyindən 2022-ci ildə nikahıları Füzuli Rayon Məhkəməsində pozulmuş, azyaşlı qızı Humay onun yanında saxlanılmış və onun saxlanması üçün 140 manat aliment iddiaçının xeyrinə tutulmuşdur. Onlar aylıq məcburi köçkün kimi hər ay 60 manat çörək pulu müavinatı alır və bank kartı Nazimin adınadır. Onlar ayrıldıqdan sonra Nazim onun çörək pulunu ona qaytarmır, 7 aydır ki o, cavabdeh özü pulu alır. O, işləmir, övladına və özünə 140 manat çatmır, 60 manat çörək pulunuda vermirlər. Dəfələrlə xahiş etdiyinə baxmayaraq çörək pulunu ona vermir və 7 ay müddətində, hər ay 60 manat olmaqla, cəmi 420 manat pulunu mənimsəmişdir. Bunula əlaqədər olaraq Cavabdeh Sulidin oğlundan 420 manat çörək pulun alınıb ona verilməsi xahiş edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı madddəsində deyilir ki, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimatın İV hissəsində deyilir ki, yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.4. Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; 4.5. Ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); 4.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; 4.8. "Məcburi köçkün" statusu olan hər iki valideynini itirmiş uşaqlara (belə uşaqların adından yalnız onların qəyyumları və himayəçiləri çıxış edirlər). Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər rəsmi qaydada boşanmışdır. Lakin İddiaçı 2022-ci ilin may ayından ərindən faktiki ayrılaraq azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşamışdır. Bu müddət ərzində iddiaçıya məcburi köçkün kimi təyin edilərək verilmiş yemək xərci üçün aylıq müavinət cavabdeh tərəfindən alınmışdır. Belə ki, tərəflər ayrı olduqları vaxtdan, yəni 2022-ci ilin may ayından dekabr ayınadək iddiaçının yardım pulu, yəni hər ay 60 manat olmaqla cəmi 420 manat cavabdeh tərəfindən alınmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan 7 ay müddət ərzində tərəflər birgə yaşamaqla təsərrüfat aparmadıqlarına görə həmin vəsait də iddiaçıya verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı sayılaraq təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 420 manat pul tutulmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 420 manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar