Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1446/2023 21.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçılar Ərizəçi və X1 maraqlı şəxs Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı uşağın övladlığa götürülməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar Ərizəçi və X2 maraqlı şəxs Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı uşağın övladlığa götürülməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin giriş hissəsindən görünür ki, qarşı tərəf cavabdeh adlandırılmalı olduğu halda maraqlı şəxs adlandırılmışdır. Digər tərəfdən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi olduğu halda Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyası göstərilmişdir. Azərbaycan Respublikası MPM-in: 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalı və ona cavabdehi əsl cavabdehlə əvəz etdikdən sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar Ərizəçi və X1 maraqlı şəxs Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı uşağın övladlığa götürülməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul olunmadan iddiaçılara geri qaytarılsın. İddiaçılara cavabdehi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz etdikdən sonra yenidən məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yaşar Həşimov İş № 2(064)-1446/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 21 iyul 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçılar Ərizəçi və X1 maraqlı şəxs Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı uşağın övladlığa götürülməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq aşağıdakı qərardadı elan etdim: - İddiaçılar Ərizəçi və X1 maraqlı şəxs Füzuli rayon İHB Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı uşağın övladlığa götürülməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul olunmadan iddiaçılara geri qaytarılsın. - İddiaçılara cavabdehi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz etdikdən sonra yenidən məhkəməyə müraciət etməsi izah olunsun. - Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:
Məhkəmə qərarları › İş №2(064)-1446/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1446/2023
21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver