Məhkəmə qərarları › İş №2(064)-1447/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1447/2025

19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1447/2025 19.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə Cəbrayıl 1 saylı Mediyasiya təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs ilə birgə nikahdan 27.09 2022-ci il tarixdə anadan olmuş X4, xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün barışıq sazişinin bağlandığı xx.xx.2025-ci il tarixdən hesablanmaqla Maraqlı şəxs onun xeyrinə hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulması barədə olan hissəsinə dair təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el adəti ilə toy edərək ailə qurmuşdur. Nikahlarını 14 oktyabr 2010-cu il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların nikahından xx.xx.2022-ci il tarixdə X4, xx.xx.2012-ci il tarixdə X7 və xx.xx.2016-cı il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs mütəmadi olaraq spirtli içkilər qəbul etməsi, evdə tez-tez dava-dalaş salması səbəbindən nikahı onun iddia tələbi ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-207/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi əsasında nikahları pozulmuş, uşaqlarının hər üçü onun yanında saxlanılmış və onların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Maraqlı şəxs mənim xeyrimə hər uşaq üçün hər ay 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Sonradan o, Maraqlı şəxs ilə barışmış, onlar bir yerdə yaşamağa başlamışlar və o, Füzuli rayon İcra və Probasiya şöbəsində məhkəmə qətnaməsi ilə onun xeyrinə qət edilmiş alimentin tutulmasından imtina etmək barədə ərizə vermişdir. Lakin Sahilin ailənin dağılmasına gətirib çıxaran hərəkətləri bir müddət sonra daha kəskin şəkildə davam etmiş və o, uşaqları ilə bərabər atasının evinə köçüb orda yaşamağa məcbur olmuşdur. O, yenidən alimentlin tutulması ilə bağlı Cəbrayıl 1 saylı mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesi zamanı onlar Maraqlı şəxs ilə alimentin tutulması və miqdarı ilə bağlı razılığa gəlmişlər. Lakin cavabdeh indiyə qədər də barışıq sazişi ilə üzərinə düşən öhdəliyinin icra etmir. O, bununla bağlı Maraqlı şəxs poçt vasitəsi ilə rəsmi qaydada məktub da göndərmiş, lakin Sahil yenə də üzərinə düşən öhdəliyini icra etməkdən qərəzli şəkildə yayınır. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator Rahib Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (Maraqlı şəxs) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1.1 bəndindən görünür ki, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi bank kart hesabına köçürülməsinə razıdır.” Həmin sazişin 1.2-ci bəndindən görünür ki, Ərizəçi Maraqlı şəxs alimentin xx.xx.2025-ci il tarixdən tutulmasına və hər il alimentin artımı ilə bağlı aparılan indeksasiya ilə bağlı qarşılıqlı razılaşdıqlarını təsdiq edir.” Həmin sazişin 6-cı bəndinə əsasən əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinin 1.1 və 1.2-ci bəndlərinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ananın yanında qalması və onların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün alimentin tutulması barədə razılıq əldə olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi “Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X1, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Maraqlı şəxs ərizəçinin xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması hissəsində” təsdiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi “Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2010-cu il tarixdə anadan olmuş X1, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Maraqlı şəxs ərizəçinin xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması hissəsi” təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar