Məhkəmə qərarları › İş №2(064)-1478/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1478/2025

26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1478/2025 26.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2na və Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yaninda Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı verdiyi “aşağı ştata keçirilməsinə dair əmrin ləğv edilməsi, tam ştatlı işə bərpa edilməsi və qanunsuz əmra görə ödənilən əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh2 rəhbəri tərəfindən 2025-ci ilin yanvar ayında 1 ştatdan 0,75 ştata keçirilməsi barədə verilmiş əmrin ləğv edilməsi, onun əvvəlki ştata bərpa edilməsi və xx.xx.2025-ci ildən qətnamə qanuni qüvvəsini alanadək olan müddətdə ödənilməmiş 0,25 aklad əmək haqqına görə ödənilməli məbləğin hesablanaraq cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlərlə razılığa gəldiyini, barəsində qəbul olunmuş əmrin ləğv edilməsini, onun tam ştatla vəzifəyə təyin edilməsini və məcburi iş buraxmağa görə kompensasiyanın nağd şəkildə ödənildiyini bildirmişdir. Bu səbəbdən hazırki iş üzrə iddia tələbinin mahiyyəti üzrə baxılmasına ehtiyac olmadığından mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının ərizəsinə əsasən iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2na və Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yaninda Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Regional Təhsil İdarəsinə qarşı verdiyi “aşağı ştata keçirilməsinə dair əmrin ləğv edilməsi, tam ştatlı işə bərpa edilməsi və qanunsuz əmra görə ödənilən əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Füzuli rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar