Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1527/2025 30.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək 1936-cı il təvəllüdlü Ərizəçi xx.xx.1983-cü il tarixdə Füzuli rayonu Yal Pirəhmədli kəndində və 1935-ci il təvəllüdlü X1 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçinin babası 1936-cı il təvəllüdlü Ərizəçi xx.xx.1983-cü il tarixdə Füzuli rayonu Yal Pirəhmədli kəndində, nənəsi 1935-ci il təvəllüdlü X2 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat edib. Mərhumların ölməsi barədə tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli Rayon Qeydiyyat Şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, ərizəçiyə həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərilən səbəbdən ərizəçi nənə və babasının ölümü haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında çətinlik törədir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi işin halları barədə sonuncu ilə eyni məzmunda ifadə verdilər. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, Füzuli Rayon Qeydiyyat Şöbəsinin arxivinə və elektron informasiya sisteminə baxış zamanı X2 və Ərizəçi ölüm şəhadətnaməsi aşkar edilə bilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir. - Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, 1936cı il təvəllüdlü Ərizəçi 1983-cü il tarixdə vəfat etməsinə dair Füzuli Rayon Mərkəzi Xəstəxanasında rəsmi qeydiyyat yoxdur. - Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, 1935ci il təvəllüdlü X1 1994-cü il tarixdə vəfat etməsinə dair Füzuli Rayon Mərkəzi Xəstəxanasında rəsmi qeydiyyat yoxdur. Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçinin babası 1936-cı il təvəllüdlü Ərizəçi xx.xx.1983-cü il tarixdə Füzuli rayonunun Yal Pirəhmədli kəndində və nənəsi 1935-ci il təvəllüdlü X2 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin nənə və babasının ölümü barədə Füzuli Rayon Qeydiyyat Şöbəsində ölüm akt qeydi aparılmamışdır. Onların ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. 1936-cı il təvəllüdlü Ərizəçi xx.xx.1983-cü il tarixdə Füzuli rayonunun Yal Pirəhmədli kəndində, 1935-ci il təvəllüdlü X1 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1527/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1527/2025
30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver