Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1537/2023 27.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlisafa oğlundan cehiz əmlaklarının və ya ümumi dəyəri olan 6.685 manat pulun, mediasiya xərcinin və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Cavabdeh Əlisafa oğlu ilə xx.xx.2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X1 adlı qızı anadan olmuşdur. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və o, atası evinə getmişdir. Hazırda cavabdehlə aralarında olan nigah ləğv olunub. Toy zamanı apardığı cehizləri cavabdehin evində qalmışdır və o, dəfələrlə həmin əmlaklarını götürmək istəsə də cavabdeh onları vermir. Həmin əmlaklar bunlardır: Komplekt mebel dəsti (şfaner, iki balaca tumuçka, termo, Künc divanı, kamot, iki ədəd künclük servant, jurnal stolu, televizor altı, taxt, 6 ədəd stul, 1 ədəd stol ) cəmi 3000 manat, 2 ədəd xalça 450 manat, 3 dəst yorğan döşək 300 manat, 12 ədəd xurustal bakal 55 manat, 3 ədəd vaz 90 manat, 12 ədəd xrustal stəkan nəlbəki dəsti 25 manat, 4 ədəd xrustal qənd qabı 80 manat, xrustal qrafin 6 bakalı ilə birlikdə 100 manat, 2 ədəd ləpə qabı 50 manat, tozsoran 60 manat, çaydan 25 manat, süfrə 4 ədəd 70 manat, 1 ədəd adyal 50 manat, pakrıval dəsdi 120 manat, pərdə 60 manat, listur 80 manat, 1 ədəd keramika güldan 30 manat, televizor 550 manat, DVD 60 manat, ütü və ütü stolu 85 manat, çörəkbişirən 120 manat, pletka 60 manat, qazan dəsti 180 manat, salat doğrayan 25 manat, qaşıq bıçaq dəsti 120 manat, 3 ədəd dəmir ləyən 50 manat, nahar servizi 400 manat, çay servizi 350 manat, divar saatı 40 manat. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul edir və ərizədə sadalanan cehiz əşyalarının iddiaçı tərəfindən aparılmasına etiraz etmir. Hazırda qeyd olunan cehiz əşyaları Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsi 2 saylı evdədir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı məxsus cehiz əşyaları hazırda (Cavabdeh əvvəllər yaşadığı ev) Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsi 2 saylı evdədir. Həmin cehiz əşyalarının iddiaçıya qaytarılmaması bir mülkiyyətçi kimi onun istifadə və sahiblik hüquqlarının kobud şəkildə pozulmaması ilə nəticələnmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və ərizədə sadalanan cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan iddia tələbinin qanuni əsasları ilə bağlı mülki və ailə qanunvericiliklərinin bir sıra normalarına isnad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 225.3-cü maddəsinin tələbinə görə isə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak nikah dövründəərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələri də eyni mövqeni bildirir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bundan başqa, AR MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 90 manat dövlət rüsumunun və mediasiya xərcinə görə ödənilmiş 50 manatın da cavabdehdən idiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh komplekt mebel dəsti (şfaner, iki balaca tumuçka, termo, künc divanı, kamot, iki ədəd künclük servant, jurnal stolu, televizor altı, taxt, 6 ədəd stul, 1 ədəd stol) cəmi 3000 manat, 2 ədəd xalça 450 manat, 3 dəst yorğan döşək 300 manat, 12 ədəd xurustal bakal 55 manat, 3 ədəd vaz 90 manat, 12 ədəd xrustal stəkan nəlbəki dəsti 25 manat, 4 ədəd xrustal qənd qabı 80 manat, xrustal qraf 6 bakalı ilə birlikdə 100 manat, 2 ədəd ləpə qabı 50 manat, tozsoran 60 manat, çaydan 25 manat, süfrə 4 ədəd 70 manat, 1 ədəd adyal 50 manat, pakrıval dəsti 120 manat, pərdə 60 manat, listur 80 manat, 1 ədəd keramika güldan 30 manat, televizor 550 manat, DVD 60 manat, ütü və ütü stolu 85 manat, çörəkbişirən 120 manat, pletka 60 manat, qazan dəsti 180 manat, salat doğrayan 25 manat, qaşıq bıçaq dəsti 120 manat, 3 ədəd dəmir ləyən 50 manat, nahar servizi 400 manat, çay servizi 350 manat, divar saatı 40 manat naturada və ya bu mümkün olmadıqda onların dəyəri pulla, eləcə də dövlət rüsumuna görə ödənilmiş 90 manat və mediasiya xərcinə görə ödənilmiş 50 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1537/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1537/2023
27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver