Məhkəmə qərarları › İş №2(064)-1538/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1538/2023

15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1538/2023 15.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 xx.xx.2022-ci il tarixdə Füzuli rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası xx.xx.1966-cı il təvəllüdlü X7 01 oktyabr 2022-ci il tarixdə Füzuli rayonu, Qayıdış-3 qəsəbəsində vəfat etmiş və Əhmədbəyli kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda onun qəbri Füzuli rayonu, Əhmədbəyli kənd qəbristanlığında yerləşir. Həmçinin qeyd edir ki, maddi imkanı olmadığından mərhum anası X4 məzar daşı qoyulmamışdır. X9 ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. O, nə Füzuli rayon Yuxarı Seyidəhmədli kənd icra nümayndəliyindən, nə də Füzuli rayon Qeydiyyat Şöbəsindən anası ölüm haqqında şəhadətnamə almışdır. Mərhum anası Göyçək Kərimovaya ölüm haqqında şəhadətnamə almadığı üçün hər dəfə sənədləşmə işləri aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə aparmaq üçün lazımdır. Mərhum anası X4 ölüm haqqında şəhadətnamə almaq üçün Füzuli rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X11 bildirdilər ki, Ərizəçi anası X7 2022-ci ilin oktyabr ayının 01-də Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Lakin ərizəçi anasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Az-İİİ№ 602238 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. X2, anası X5r. AA0814955 şəxsiyyət vəsiqənin surətindən görünür ki, X7 xx.xx.1966-cı il tarixdə Füzuli rayonunda doğulmuşdur. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-385/23 saylı məktubunda göstərilmişdir ki, X3 ölməsinə dair akt qeydi aşkar olunmamışdır. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Füzuli rayon İH Yuxarı Seyidəhmədli kəndi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsi olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidləri ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi anası xx.xx.1966-cı il təvəllüdlü X7 xx.xx.2022-ci ildə Füzuli rayonunda vəfat etmişdir. Lakin Ərizəçi həmin ərəfədə ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1966-cı il təvəllüdlü X3 2022-ci ilin oktyabr ayının 1-də Füzuli rayonunda vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar