Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-162/2023 24.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə Cavabdeh 4.100 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır, müharibə qazisidir. Füzuli rayonu, Qaraxanbəyli kəndindən məcburi köçkün kimi 400 evlik qəsəbədə yaşayır. Cavabdeh onun xalası oğludur, həmçinin onlar bir yerdə bir hərbi hissədə işləmişlər. Cavabdeh 2020-ci il tarixində ondan müxtəlif vaxtlarda əvvəlcə 1.100 manat müalicə aldığı hospitalda olmaqla, sonradan 1.000 manat onun yaşadığı evin həyətində, qalan məbləği də həmin ilin müxtəlif vaxtlarında ondan borc kimi almış, indiyə qədər də qaytarmamışdır. Cavabdeh ona borcu olduğunu özü də etiraf edir, lakin pulunu verməkdən müxtəlif bəhanələrlə yayınır. Cavabdeh ona borclu olduğuna dair səs yazıları və telefon danışıqları da mövcuddur. Cavabdeh indiyə qədər ona heç bir ödəniş etməmişdir. O, dəfələrlə pul borcunun ödənilməsini tələb etsə də, cavabdeh bu tələblərinə heç bir məhəl qoymamışdır. Ona görə də, mülki qanunvericiliyə uyğun olaraq həmin məbləğin qaytarılması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 28 aprel 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı heç vaxt borc almamış və hazırda da ona heç bir borcu yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ondan hissə-hissə olmaqla cəmi 4.100 manat pulu borc almış və bu günədək geri qaytarmamışdır. Cavabdeh isə iddia tələbini qəbul etməyərək iddiaçıdan borc almadığını və hazırda da ona heç bir borcu olmadığını bildirmişdir. İddiaçı cavabdehə 4.100 manat borc verdiyini bildirsə də bu halı sübuta yetirə bilməmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş səsyazmadan belə anlaşılır ki, Cavabdeh İddiaçı hissə-hissə olmaqla cəmi 2.100 manat aldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və borc aldığı pulu qaytarmamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Bu hallarla bağlı, MPM-in 77.1-ci maddəsinin tələbi qəti və aydındır: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrimə 2.100 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2.100 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-162/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-162/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver