Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1698/2024 06.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, anası Maraqlı şəxs2 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1941-ci il tarixdə anadan olmuş anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində Füzuli rayonunda ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Qarabağın işğal olunmasından sonra müxtəlif ünvanlarda məcburi köçkün kimi yaşamış və nəhayət, Füzuli rayonu Zobcuq-2 köçkün qəsəbəsi salındığı vaxtdan 2007-ci ildən yuxarıdakı ünvanda məskunlaşaraq yaşamışdır. Anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda onun qanuni vərəsəliyi müəyyən olunmasına zərurət yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Füzuli rayon Dövlət Notariat Kontoruna Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinin tələbinə əsasən müraciət edərkən mərhumun ölüm şəhadətnaməsi tələb olunur. Ona görədə bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Füzuli rayon Qeydiyyat şöbəsinə - maraqlı tərəfə müraciət etmişlər. Həmin tərəf isə ölüm faktının müəyyən olunması üçün ölümü təsdiq edən həkim arayışı və ya Məhkəmə qaydasında ölüm faktının müəyyən olunmasını tələb edir. Ona görədə bu barədə Füzuli rayon Məhkəməsinə ərizə ilə müraciət edir ki, Məhkəmədə ölüm faktı xüsusi icraat qaydasında müəyyən olunsun. O, bildirmişdir ki, anası Maraqlı şəxs2 xx.xx.1941-ci ildə Füzuli rayonu Qazaxlar kəndində anadan olmuş və onun ailəsi məcburi köçkünlük dövründə bir yerdə yaşamışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat verərək xx.xx.1941-ci il tarixdə anadan olmuş anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində Füzuli rayonunda ev şəraitində ölməsi faktının müəyyən edilməsinəx dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə Füzuli rayonu Füzuli rayonunda ev şəraitində xəstəlikdən ölmüşdür. Füzuli rayonu, Qazaxlar kəndind qəbirstanlığında dəfn olmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X5 digər şahid X1 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Füzuli rayonunda doğulmuş, anası isə X2r. -AZE seriya ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Füzuli rayonu, Əhmədalılar kəndində doğulmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X9 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhum Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində xəstəxanada Travmatoloq qəbulunda olmuş və sağ bud sümüyünün boynunun qapalı yerləşməsinin sınığı diaqnozu qoyulmuşdur.Mərhum bundan sonra xəstəxanaya hər hansısa xəstəliklə bağlı müraciət etməmişdir.Bununla əlaqədar olaraq mərhumun ölüm səbəbi müəyyən edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, - anası Maraqlı şəxs2 ölümünün qeydə alınması üçün ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Maraqlı şəxs2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, onun ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacağından və bunun məhkəmədənkənar qaydada həlli mümkün olmadığından, habelə onun həmin tarixdə Füzuli rayonunda ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1941-ci il tarixdə anadan olmuş anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixində Füzuli rayonu Qazaxlar kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə anadan olmuş anası Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixdə, Füzuli rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1698/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1698/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver