Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-171/2024 06.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1993-cü il tarixdə anadan olmuş X4 xx.xx.2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayır, məcburi köçkündür. X3 ilə birgə nikahdan 26 may 1993-cü il tarixdə anadan olmuş qızı X7 05 iyun 2002-ci il tarixdə vəfat etmiş, Füzuli rayonu Əbdürrəhmanlı kənd qəbristanlığnda dəfn edilmişdir. Həmin vaxt o, nə kənd nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni almışdır. Mərhum qızı ölüm haqqında şəhadətnaməsi olmadığından hər dəfə sənədləşdirmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə işləri üçün lazımdır. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirdilər ki, şöbənin arxivi yoxlanılmış, mərhum qızı X4 adına ölüm akt qeydi aşkarlanmamışdır. Mərhum qızının qeyd olunan tarixdə vəfat etməsini onun dəfn və yas mərasimində iştirak etmiş hər kəs təsdiq edə bilər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X9 bildirdilər ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə anadan olmuş qızı X7 xx.xx.2002ci il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmiş və həmin kəndə dəfn edilmişdir. Lakin ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: XVİİ-JQ № 394486 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X2, anası X5r. Füzuli rayon İHB-nin Əbdürrəhmanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Ərizəçi qızı X7 xx.xx.1993-cü il tarixdə anadan olmuş və xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-454/23 saylı məktubunda göstərilmişdir ki, Ərizəçi övladı X4 ölüm akt qeydi aşkar edilməmişdir. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbə tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi qızının ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə Ərizəçi məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi qızı xx.xx.1993-cü il tarixdə anadan olmuş X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Lakin Ərizəçi həmin ərəfədə qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1993-cü il təvəllüdlü X4 xx.xx.2002-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-171/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-171/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver