Məhkəmə qərarları › İş №2(064)-1817/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1817/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1817/2023 27.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1991ci təvəllüdlü X3 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il təvəllüdlü qardaşı X5 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və Füzuli rayonu, Əhmədbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü ilə əlaqədar icra nümayəndəliyindən və Füzuli Rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması onun üçün bir çox çətinliklər yaradır. Belə ki, sənədləşmə işləri ilə əlaqədar olaraq ondan mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar olaraq o, Füzuli rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən ona rəsmi olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 və X1 Tarıverdi Şirin oğlunun xx.xx.2004-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etməsini təstiq etdilər. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: XİV-JQ № 474270 doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixində Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuşdur. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5-8-11/491/23 saylı məktubunda göstərilmişdir ki, X4 vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyi üçün ölümün qeydiyyatından imtina edilmişdir. Füzuli rayon İHB-nin Əhmədbəyli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, xx.xx.1991-ci təvəllüdlü X4 xx.xx.2004-cu ildə Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etmişdir və həmin kənddə məzarı var. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, məzar daşı üzərində “X5 xx.xx.1991xx.xx.2004” ifadələri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X4 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi əkiz qardaşı xx.xx.1991-ci təvəllüdlü X5 xx.xx.2004-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi vərəsəlik işlərinin rəsmiləşdirilməsi üçün lazımdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.1991-ci təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1991-ci təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar