Məhkəmə qərarları › İş №2(064)-1848/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1848/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1848/2024 19.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Cavabdehə məxsus olan yataq dəsti (şifoner, taxt, termo, iki ədəd tumba), qonaq otağı üçün 1 ədəd servant, termo, tək divan, televizor altı, stol və 6 ədəd stul, yorğan-döşək, 2 ədəd xalça, yataq otağı üçün pərdə, 2 ədəd çil-çıraq, 1 ədəd saat, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, çaynik ( 1 böyük, 1 kiçik), bıçaq dəsti, 6 ədəd sadə stəkan və nəlbəki, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, çamodanda qaşıq dəsti, 2 ədəd qazan dəsti (böyük-kiçik), 3 ədəd podnos dəsti, 6 ədəd boşqab dəsti, bakal dəsti, çay dəsti 1 ədəd, çay üçün bakal dəsti, 1 ədəd ütü, 1 ədəd ütü altı, gecə üçün çıraq 1 ədəd, 2 ədəd qənd qabı, 6 ədəd duz qabı, 6 ədəd qab altı, 6 ədəd araq rumkası, 2 ədəd meyvə qabı, çay üçün 6 ədəd fincan, 1 ədəd tort qabı, 2 ədəd konfet qabı, 1 ədəd kəfkir dəsti, 1 dəst güldan, 6 ədəd qaşıq, çəngəl, 2 ədəd ləbləbi qabı, ləyən (1 böyük, 1 kiçik), ədyal 1 ədəd, pastel dəsti 2 ədəd, geyim əşyaları don 5 ədəd, kurtka 2 ədəd, çəkmə 1 ədəd, idman ayaqqabısı 2 ədəd, yay ayaqqabısı 1 ədəd, gəlinlik üçün ayaqqabı 1 ədəd, çanta əl üçün 2 ədəd, xırda geyim paltarları, hamam dəsti 1 ədəd olan əmlakın ünvan 1 ünvanda yerləşən 48 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonundan məcburi köçkündür. Məcburi köçkün kimi 29 may 2019-cu il tarixli 4/48 saylı kirayə müqaviləsinə əsasən ona həyat yoldaşı və oğlu nəzərə alınmaqla Ümid qəsəbəsi, 4 saylı evin 48 saylı iki otaqlı mənzil xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmişdir. Cavabdeh 11 oktyabr 2021-ci il tarixdə oğlu X3 ilə rəsmi nikah qeydiyyatdan keçməklə ailə qurmuş və verilmiş evə gəlin gəlməklə özünə məxsus cehiz əşyaları həmin mənzilə yerləşdirmişdir. Sonradan oğlu ilə ailə münasibətləri pozulmuş və məhkəmənin qətnaməsi əsasında nikahlarına 28 aprel 2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra Cavabdeh ona verilmiş xüsusi təyinatlı evə köçürülməsi üçün məhkəmədə iddia qaldırmış və məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Cavabdeh ona verilmiş evdən daimi olaraq köçüb getsə də, ona məxsus cehiz əşyaları evdə qalmışdır. Dəfərlərlə gəlib aparmasını təklif edilsə də, cehizlərini aparmaq istəmir. Cavabdehə məxsus əşyaların evdə qalması onun mülkiyyət hüquqlarını pozur, İddiaçı öz evindən sərbəst surətdə istifadə edə bilmir. Hazırda Cavabdehə məxsus yataq dəsti (şifoner, taxt, termo, iki ədəd tumba), qonaq otağı üçün 1 ədəd servant, termo, tək divan, televizor altı, stol və 6 ədəd stul, yorğan-döşək, 2 ədəd xalça, yataq otağı üçün pərdə, 2 ədəd çil-çıraq, 1 ədəd saat, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, çaynik ( 1 böyük, 1 kiçik), bıçaq dəsti, 6 ədəd sadə stəkan və nəlbəki, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, çamodanda qaşıq dəsti, 2 ədəd qazan dəsti (böyük-kiçik), 3 ədəd podnos dəsti, 6 ədəd boşqab dəsti, bakal dəsti, çay dəsti 1 ədəd, çay üçün bakal dəsti, 1 ədəd ütü, 1 ədəd ütü altı, gecə üçün çıraq 1 ədəd, 2 ədəd qənd qabı, 6 ədəd duz qabı, 6 ədəd qab altı, 6 ədəd araq rumkası, 2 ədəd meyvə qabı, çay üçün 6 ədəd fincan, 1 ədəd tort qabı, 2 ədəd konfet qabı, 1 ədəd kəfkir dəsti, 1 dəst güldan, 6 ədəd qaşıq, çəngəl, 2 ədəd ləbləbi qabı, ləyən (1 böyük, 1 kiçik), ədyal 1 ədəd, pastel dəsti 2 ədəd, geyim əşyaları don 5 ədəd, kurtka 2 ədəd, çəkmə 1 ədəd, idman ayaqqabısı 2 ədəd, yay ayaqqabısı 1 ədəd, gəlinlik üçün ayaqqabı 1 ədəd, çanta əl üçün 2 ədəd, xırda geyim paltarları, hamam dəsti 1 ədəd olan əşyalar evdə qalmışdır və çıxarılmasını tələb edir. Cavabdehə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, hazırda yaşadıqları ev 2 otaqlı evdir. Otağın birində qarşı tərəfə məxsus əşyalar olduğundan həmin otaqdan istifadə edə bilmirlər. Ümumiyyətlə Cavabdehə məxsus əşyalara onlar tərəfindən toxunulmamış, istifadə edilməmişdir. Dəfələrlə gəlib əşyalarını təhvil almaları tələb edilsə də, qarşı tərəf buna məhəl qoymamış, əşyaları evdən çıxarmamışdır. Halhazırda İddiaçı ağır şəkər xəstəliyindən əziyyət çəkir. Göstərilənlərin Məhkəmə tərəfindən nəzərər alınaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ona məxsus cehiz əşyalarından imtina edir. Əşyaların evdən çıxarılmasına və ya saxlanılmasına etirazı yoxdur. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə da Cavabdehlə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovla İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqviləsinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və sözügedən müqavilə ilə müəyyən edilmiş şərtlərlə müvəqqəti yaşamaq üçün Kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri: həyat yoldaşı Nümayəndə və oğlu X1r. Göründüyü kimi Cavabdeh İddiaçı ailə üzvü kimi xx.xx.2019-cu il tarixli, 4/48 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqviləsində göstərilməmişdir. Məhkəmənin 2(064)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyən edilir ki, Cavabdehin azyaşlı oğlu X4 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda cehiz əmlaklarının yerləşdiyi X3 və ailəsinə dövlət tərəfindən məcburi köçkünlərə verilmiş ünvan 3 ünvanındakı 48 nömrəli mənzildən istifadə qaydaları müəyyən olunmaqla həmin mənzilə köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. Füzuli Rayon Qeydiyyat Şöbəsinin Az-İ seriyalı, 492294 saylı nikahın pozulması haqqında şəhadətnamə əsasında müəyyən edilir ki, Cavabdehlə X3 arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən edilir ki, mülki işin məhkəmə icraatına qəbul edilməsindən əvvəl keçirilmiş əmlakın evdən çıxarılması tələbinə dair xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında Cavabdeh tərəf iştirak etməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli yazılı ərizəsi əsasında müəyyən edilir ki, Cavabdeh ona məxsus cehiz əşyalarından öz istəyi ilə imtina edir və bu barədə heç bir şikayəti olmayacaq. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin Məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdehə məxsus əşyalar olan ünvan 3 ünvanda yerləşən 48 nömrəli mənzil İddiaçının sahibliyində və istifadəsindədir. Cavabdeh İddiaçının oğlundan boşanaraq faktiki ayrı yaşasalar da, ona məxsus cehiz əşyaları İddiaçının evində qalmışdır ki, bu da son nəticədə İddiaçının sahiblik və istifadə hüquqlarının məhdudlaşmasına gətirib çıxarır. Cavabdehə məxsus əşyaların İddiaçının sahiblik və istifadəsində olan evdə qalması İddiaçının evə sahiblik və istifadə edən şəxs kimi müvafiq hüquqlarını məhdudlaşdırır. Belə olan halda, İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə məhkəmə iclasında əşyalarından imtina etdiyini bildirmişdir. Odur ki, Məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin edilməli və Cavabdehə məxsus əşyalar İddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan yataq dəsti (şifoner, taxt, termo, iki ədəd tumba), qonaq otağı üçün 1 ədəd servant, termo, tək divan, televizor altı, stol və 6 ədəd stul, yorğan-döşək, 2 ədəd xalça, yataq otağı üçün pərdə, 2 ədəd çil-çıraq, 1 ədəd saat, 1 ədəd ətçəkən maşın, 1 ədəd tozsoran, çaynik ( 1 böyük, 1 kiçik), bıçaq dəsti, 6 ədəd sadə stəkan və nəlbəki, 1 ədəd güldan, 2 ədəd meyvə qabı, 2 ədəd konfet qabı, çamodanda qaşıq dəsti, 2 ədəd qazan dəsti (böyük-kiçik), 3 ədəd podnos dəsti, 6 ədəd boşqab dəsti, bakal dəsti, 1 ədəd çay dəsti, çay üçün bakal dəsti, 1 ədəd ütü, 1 ədəd ütü altı, 1 ədəd gecə üçün çıraq, 2 ədəd qənd qabı, 6 ədəd duz qabı, 6 ədəd qab altı, 6 ədəd araq rumkası, 2 ədəd meyvə qabı, 6 ədəd çay üçün fincan, 1 ədəd tort qabı, 2 ədəd konfet qabı, 1 ədəd kəfkir dəsti, 1 dəst güldan, 6 ədəd qaşıq, çəngəl, 2 ədəd ləbləbi qabı, ləyən (1ədəd böyük, 1ədəd kiçik), 1 ədəd ədyal, 2 ədəd pastel dəsti, 5 ədəd geyim əşyaları don, 2 ədəd kurtka, 1 ədəd çəkmə, 2 ədəd idman ayaqqabısı, 1 ədəd yay ayaqqabısı, 1 ədəd gəlinlik üçün ayaqqabı, 2 ədəd çanta əl üçün, xırda geyim paltarları, 1 ədəd hamam dəsti İddiaçı istifadəsində olan ünvan 3 ünvanda yerləşən 48 nömrəli mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar