Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1856/2023 20.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixdə Füzuli rayonu, Dədəli kəndində doğulmuş X8 ölmüş elan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, yəni xx.xx.1966-cı il tarixdə Füzuli rayonunda anadan olmuş Ərizəçi X8 bacısıdır. X4 xx.xx.1968-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olmuşdur. Qardaşı X3 olaraq 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və torpaqların düşmən hücumundan müdafiəsi naminə əlindən gələni əsirgəməmişdir. Növbəti döyüşlərin birində, yəni xx.xx.1993-cü ildə Füzuli şəhərinin uğrunda gedən döyüşdə X4 itkin düşmüşdür. Bununla bağlı tərəfindən müxtəlif dövlət və beynəlxalq qurumlara müraciət olunmuşdur. Belə ki, X16 Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qardaş X12 üçün xx.xx.1998-ci il tarixdə X16 Komitəsində axtarış sorğusu açılmışdır. Bundan başqa, X1 tapılması istiqamətində onunla yanaşı X4, bacısı X11, anası X5 da müvafiq axtarışlar aparmış, müxtəlif qurumlara müraciətlər etmişlər. Azərbaycan Respublikası “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar” Dövlət Komissiyasının xx.xx.2006-cı il tarixdə bacısı X9 göndərdiyi məktubun məzmununda göstərilir ki, qardaşı X2 tərəfindən itkin düşmüş şəxs kimi axtarılır. Onun fotoşəkili erməni əsirliyindən azad olunmuş şəxslərə və azərbaycan tərəfində saxlanılmış erməni əsirlərə təqdim edilmişdir. Qardaşının itkin düşməsinin yeganə şahidi olmuş Şahid ilə söhbət aparılmışdır. Aparılmış axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, X12 ermənilər tərəfindən ağır yaralanaraq işğal olunmuş ərazidə qalmış, erməni əsirliyində onu görən olmamışdır. Füzuli Rayon Hərbi Komissarlığının xx.xx.2008-ci il tarixli arayışına əsasən, X4 N saylı hərbi hissənin, Müdafiə Nazirliyinin mərkəzi arxivində olan avqust-oktyabr 1993-cü il dövrləri əhatə edən əmr kitabında və qayıtmaz itgilərin adlı siyahılarında X8 həlak olması barədə heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, X4 xx.xx.1993cü il tarixində 1-ci Qarabağ müharibəsi zamanı ağır yaralanaraq düşmən tabeliyində olan ərazidə qalmış və bu günədək onun yaşaması barədə hər hansı məlumat mövcud olmamışdır. Hesab edir ki, keçən 30 il ərzində X4ndan hər hansı bir xəbər ala bilməməyi artıq onun ölmüş olmasından xəbər verir. MPM-in 312-ci maddəsinə görə, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.MPM-in 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. X14 itkin düşdüyü hərbi əməliyyat 1-ci Qarabağ müharibəsi dövrünə aid olduğundan 1-ci Qarabağ müharibəsi 1994-cü ildə bitmişdir. X1 ölmüş elan edilməsi ona onun adına şəhid statusunun verilməsi ilə bağlıdır. Çünki Müdafiə Nazirliyinin bacısına ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda qardaşının şəhid hesab edilməsi üçün onun ölüm faktının təsdiq olunması, bununla bağlı məhkəmə qətnaməsinin qəbul olunması göstərilmişdir. Məhkəmə iclasında: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə dəvət edilmiş Şahid bildirdi ki, Ərizəçi X4 onun döyüş yoldaşı olmuşdur. 1-ci Qarabağ müharibəsində gözünün qarşısında duşmən tərəfindən atılan mərmi nəticəsində X12 ağır yaralanmış və aldığı xəsarətlərdən vəfat etmişdir. Lakin meyitini ərazidən çıxarmaq mümkün olmamışdır. Məhkəmə ərizəçi tərəfin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xx.xx.2006-cı il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, X12 ermənilər tərəfindən ağır ağır yaralanaraq işğal olunmuş ərazidə qalmış, erməni əsirliyində onu görən olmamışdır. Füzuli rayon Hərbi Komissarlığının xx.xx.2008-ci il tarixli, 1917 saylı məktubunda və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 26/2-5015 saylı məktubunda qeyd olunmuşdur ki, N saylı hərbi hissə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan siyahılarında X8 həlak olması barədə heç bir məlumat aşkar edilməmişdir. X16 Komitəsi tərəfindən verilmiş 9 sentyabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1968-ci il tarixdə Füzuli rayonu, Dədəli kəndində anadan olmuş və 21 avqust 1993cü il tarixdən olduğu yer barədə məlumat olmayan X12 üçün 28 avqust 1998-ci il tarixdə X16 Komitəsində axtarış sorğusu açılmışdır. Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi X1 ölüm akt qeydi aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Azərbaycan Respublikası Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş elan edilməsindən bəhs edən 41-ci maddəsində aşağıdakılar deyilir: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Hamıya bəlli olan faktdır ki, 23 avqust 1993-cü il tarixdə Füzuli rayonu və onun ətraf kəndləri erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş və Füzuli rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar aparılmışdır. Bu hərbi əməliyyatlarda iştirak etmiş xx.xx.1968-ci il təvəllüdlü X6 artıq 30 ilə yaxındır ki, heç bir xəbər çıxmamışdır. Bu hal X8 ölmüş elan edilməsi üçün zəmin yaradır. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1968-ci il tarixdə Füzuli rayonu, Dədəli kəndində doğulmuş X12 ölmüş elan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-1856/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1856/2023
20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver