Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-191/2023 16.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi Müzəfər qızının iştirakı ilə, Ərizəçi Müzəfər qızının maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Müzəfər qızı maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 xx.xx.2015-ci il tarixində Beyləqan rayonu, Əmirzeyidli kəndindəki su kanalına düşərək vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 16 oktyabr 1997-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində anadan olmuş X6 15 iyul 2015-ci tarixdə Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisindəki su kanalına düşərək vəfat etmiş, Füzuli rayonu Mahmudlu-1 kənd qəbristanlığında dəfn edilmişdir. Bunu mərhum oğlunun yas mərasimində iştirak edən hər kəs təsdiq edə bilər. Həmin vaxt o, nə icra nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni almışdır. Mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından hər dəfə sənədləşdirmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə işləri üçün, konkret olaraq mərhum əri Məmmədov Adəmin vərəsəlik məsələsini həll etmək və miras əmlakın müəyyən edilməsi, vərəsələr arasında bölünməsi üçün lazımdır. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Füzuli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirdilər ki, şöbənin arxivi yoxlanılmış, mərhum oğlu X3 adına ölüm akt qeydi aşkarlanmamışdır. Ona görə də, Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən ona bu məsələnin həlli üçün məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X7 bildirdilər ki, Ərizəçi Müzəfər qızının oğlu X6 xx.xx.1997-ci ildə anadan olmuş və xx.xx.2015-ci ildə Beyləqan rayonu, Əmirzeyidli kəndində su kanalında boğularaq vəfat etmişdir. Ə.Məmmədov Füzuli rayonu, Mahmudlu-1 kənd qəbirstanlığında dəfin edilmişdir. Lakin ərizəçi oğluna ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə Ərizəçi Müzəfər oğlunun izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE № 15793882 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Müzəfər qızı xx.xx.1967-ci il tarixində Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Mahmudlu-1 kəndidir. AZE № 14908752 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixində Füzuli rayonunda doğulmuşdur. XX-JQ № 431201 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixində Füzuli rayonunda doğulmuşdur. X2, anası Ərizəçidır. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 602 saylı məktubunda göstərilmişdir ki, Ərizəçi Müzəfər qızının oğlu X6 xx.xx.2015-ci il tarixində Beyləqan rayonu, Əmirzeyidli kəndində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməmişdir. Odur ki, Ərizəçi Müzəfər qızına məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi oğlu xx.xx.1997-ci il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixində Beyləqan rayonu, Əmirzeyidli kəndində su kanalında boğulması nəticəsində vəfat etmiş və Füzuli rayonu, Mahmudlu-1 kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi Müzəfər qızı həmin ərəfədə oğlu X3 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1997-ci il təvəllüdlü X3 xx.xx.2015-ci il tarixində Beyləqan rayonu, Əmirzeyidli kəndində su kanalında boğularaq vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-191/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-191/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver