Məhkəmə qərarları › İş №2(064)-192/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-192/2023

10.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-192/2023 10.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.2 baş yerli cins, balalı inəklər qiyməti-2400 manat, 100 bağ kip x 3.20 = 320 manat, 1997-ci il olan MERSEDES -BENZ -E-220 minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi-qiyməti 8.000 manatdan mülkiyyət hüququna dair şəhadətnaməyə görə 4.000 manat pulun ,cəmi olaraq 6.720 manat pulun, qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 125 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 88 manat pulun Cavabdeh alınıb ona verilməsininə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X1 rayonu, Bala Bəhmənli kənd sakini 1947-ci il təvəllüdlü X7 ilə evlənərək, faktiki nigah münasibətinə girmişdir. Faktiki nigah dövründə onların xx.xx.2000-ci il tarixində Leyla adlı övladı olmuşdur. Aralarında olan nikah isə 05 may 2000-ci il tarixində Füzuli rayon İcra Hakimiyyətinin Əhmədbəyli K.İ.Nümayəndəliyində qeyd etdirilmişdir. Uzun müddət ərzində birgə yaşadığı vaxtı əri X7 30 avqust 2021-ci il tarixində oniki barmaq bağırsağın xorası xəstəliyindən vəfat etmişdir. Mərhum əri X3 vəfatından sonra onlar birgə nigah dövründə qazandığı “İmişli RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2014-cü il il tarixli AC187718 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100041A347381 və buraxılış ili 1997-ci il olar “MERSEDES- BENZ-E-220” minik markalı 19 BG027 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qalmışdır. Bu barədə ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən 16 aprel 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə də verilmişdir. Mərhum əri vəfatından sonra onun miras əmlak payı kmi adına olan şəhadətnaməyə əsasən təqribən 0.28 hektara yaxın pay torpaq sahəsi, 0.03 ha həyatyanı torpaq sahəsi, iki baş yerli cins, balalı inəklər, bir yüz quru yonca ot bağı, buraxılış ili 1997-ci il olan Mersedes-Benz-E- 220(1997)-ci il mini! avtomobili 8000 manat dəyərində qalmışdır. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 04 iyu 2022-ci il tarixli 36 saylı qiymətləndirmə rəyindən göründüyü kimi, tələb etdiyi əmlakların qiymət aşağıdakı kimidir: 2 baş yerli cins, balalı inəklər-2400 manat, 100 bağ kip x 3.20= 320 manat və 1997-ci il olan “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 8.000 manat. Bütün bunları nəzərə alaraq iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 1.14 ha pay torpaq sahəsi və 0.12 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik payının tanınmasını xahiş etmişdir. İddiaçı əlavə bildirdi ki, birgə nikah dövründə əldə olunmuş “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobil hazırda Cavabdeh istifadəsindədir. Bundan başqa, birgə nikah dövründə əldə edilmiş 2 baş iri buynuzlu yanında balası olan heyvan və 100 ədəd ot bağlamasını isə onun xəbəri olmadan Nurlan satmış və pulunu şəxsi məqsədləri üçün xərcləmişdir. İddiaçı vəkili Vəkil1 iddiaçı ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Vəkil1 mərhum A.Abdullayevdən miras qalmış 2 baş yanı balalı inək, 100 bağ kip, “MERCEDES-BENZ-E-220” minik markalı, 19 BG027 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, 1.14 ha pay torpaq sahəsi və 0.12 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı vərəsəlik payının tanınmasını xahiş etdi. Cavabdeh vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Vİİ-JQ № 379307 nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında xx.xx.2000-ci il tarixdə nigah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Kazımova soyadı verilmişdir. AZ-İİ 188771 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. JN-285A KOD 60608048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kənd sakinləri X7, X8, Cavabdeh və X4 həmin kənddə fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verilmişdir. JN : 224 KOD 60606048 torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndi sakinləri X9, X6, Cavabdeh və X5 1.14 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. xx.xx.2022-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında şəhadətnamə verilən ümumi birgə əmlak “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 36 saylı qiymətləndirmə rəyindən görünür ki, 2 baş mal-qara 2.400 manat, 100 bağ kip 320 manat, minik avtomobili 8.000 manat qiymətləndirilmişdir. Seriya ƏZU № 059185 kassa mədaxil orderinin qəbzindən görünür ki, xidmət haqqı 125 manatdır. Füzuli RPŞ TB-nin baş təhqiqatçısı S.Süleymanovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2 baş iri buynuzlu yanında balası olan heyvanları və 100 ədəd ot bağlamasını satıb pulunu borcuna verdiyini göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, miras qoyan X3 xx.xx.2021-ci ildə vəfat etməsi ilə miras açılmışdır. Miras qoyan A.Abdullayev vəsiyyətnamə qoymamışdır. Mərhumun 8 birinci növbəli vərəsəsi var, o cümlədən arvadı İddiaçı və oğlu Cavabdeh. Miras qalmış əmlaklar bunlardır: birgə nikah dövründə əldə edilmiş “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi (8.000 manat dəyərində) və 2 baş yanı balalı inək (2.400 manat dəyərində), 100 bağ kip (320 manat dəyərində), eləcə də Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi (1/4 hissəsi) və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsi (1/4 hissəsi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 baş yanı balalı inək, 100 ədəd kip bağlaması birgə nikah dövründə əldə edilmiş və əsasən tərəflərin sahibliklərində olmuşdur. Odur ki, bu əmlaklara iki vərəsənin (hazırkı halda iddiaçı və cavabdeh) payı tanınmalıdır. Lakin Cavabdeh bu əmlakları satmış və hazırda bu əmlaklar naturada mövcud deyil. Digər tərəfdən 2 baş yanı balalı inəyə payın tanınmaqla naturada bölünərək verilməsi mümkünsüzdür. Belə olan halda, 2.400 manat dəyərində olan 2 baş yanı balalı inəyin dəyəri (1.200+600=1.800) 1.800 manat, eləcə də 320 manat dəyərində olan 100 ədəd kip bağlamasının dəyəri (160+80=240) 240 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Birgə nikah dövründə əldə edilmiş “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə (birgə mülkiyyətindən çatası əmlak hissəsi istisna olmaqla) İddiaçı vərəsəlik payı tanınmalıdır. Bununla yanaşı, fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinə mərhum A.Abdullayevin payına düşən 1/4 hissəsinin 1/8 hissəsinə iddiaçının vərəsəlik payı tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinin tələbinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 125 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş və X2 miras qalmış “MERCEDES-BENZ-E-220” minik markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə İddiaçı 1/16 (ümumi əmlakın 1/2+1/16=18/32) hissədə vərəsəlik payı tanınsın. Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1.14 ha torpaq sahəsinin hər birinin mərhum X2 miras qalmış 1/4 hissəsinin 1/8 hissəsinə İddiaçı (ümumi hər iki əmlakın 1/32 hissəsi) vərəsəlik payı tanınsın. Cavabdeh 2.400 manat dəyərində olan 2 baş yanı balalı inəyin və 320 manat dəyərində olan 100 ədəd kip bağlamasının İddiaçı payına düşən hissəsinin dəyəri cəmi 2.040 manat alınaraq İddiaçı verilsin. Qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 125 manat və dövlət rüsumu üçün ödənilmiş 88 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar