Məhkəmə qərarları › İş №2(064)-1955/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1955/2025

25.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1955/2025 25.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsi və sazişin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs Ərizəçi xeyrinə 50 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016cı il təvəllüdlü X11 adlı uşaqları doğulmuş, lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-3104/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarınd bağlanmış nikah pozulmuş, azyaşlı uşaqlar ərizəçinin yanında qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla iki uşağın saxlanılması üçün ayda cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Nikah pozulsa da faktiki olaraq bir yerdə yaşamlar, eyni zamanda X7 ilə bağlanmış nikah xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsilə pozulmasından 2 ay sonra, üçüncü övladıları, yəni xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. Bir müddət sonra azyaşlı Nurayın saxlanılması üçün Rahibdən alimentin tutulmasına dair mediasiyaya müraciət etmiş. xx.xx.2025-ci il tarixli mediasiya razılaşmasına əsasən Cəbrayıl 1 saylı Mediasiya X1 azyaşlı Nurayın saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin hər ayın ilk 10 günlüyündə kart hesabına köçürülməsi ilə yanaşı həmçinin uşağa atalığın verilməsinə dair qarşılılı razılıq əldə olunaraq barışıq sazişi bağlanmışdır. X2 barışıq sazişi ilə üzərinə düşən öhdəliyini icra etmir. Bununla bağlı X5 poçt vasitəsi ilə rəsmi qaydada məktub da göndərmiş, lakin o, yenə də üzərinə düşən öhdəliyini icra etməkdən yayınır. Alimentin tutulmasına dair Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etdikdə mediasiya təşkilatında “azyaşlı Nurayın artıq cavabdehlə nikahın pozulmasından sonra doğulmasını əsas gətirərək alimentlə yanaşı atalığın müəyyən edilməsinə dair faktın da təsdiq olunması” bildirilərək barışıq sazişinə əlavə etmişlər. Hansı ki, bu məsələnin barışıq sazişinə əlavə olunmasına heç bir lüzum olmamışdır. Belə ki, xx.xx.2019-cu il təvəllüdlü X8 bizim nikahımızın pozulmasından 2 aydan bir qədər keçmiş doğulmuşdur. Ərizəçi Məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbi barədə Məhkəməyə məlumat daxil olmayıb. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən maarqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞC/MT020/2025/00106 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X6 atası olmasını etiraf etmiş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-dan gec olmayaraq Ərizəçi xeyrinə 50 manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəsinə götürmüş, lakin Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. Həmçinin həmin Saziş əsasında müəyyən olunur ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin azyaşlı uşağın ananın yanında qalması və alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 10-dan gec olmayaraq Ərizəçi xeyrinə 50 manat sabit pul məbləğində aliment ödəməsinə dair öhdəlik götürməsi təsdiq edilməlidir. Həmçinin Məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Birinci tərəf Ərizəçi və İkinci tərəf Maraqlı şəxs qarşı atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı ərizəsinə (təklifinə) Mediasiya Sessiyasında baxılaraq müəyyən edildi ki, onların aralarında xx.xx.2013-cü il tarixli 1280 saylı akt ilə Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsində bağlanmış nikah Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli iş № 2(008)-3104/2019 saylı mqətnaməsi ilə ləğv edilmişdir. Tərəflərin hər ikisinin təsdiq etdiyinə əsasən onlar qətnamə ləğvindən 1 ay sonra barışaraq qeyri-rəsmi ailə kimi münasibətlərini davam etdirmişlər. Onların bu ər-arvad münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X8 dünyaya gəldiyini və həmin uşağın onların doğma övladı olduğunu və ikinci tərəf Maraqlı şəxs həmin uşağa, atalığın verilməsinə qarşılıqlı razıdırlar.” “Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs ilə qeyri-rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2019-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment qaydasında tutularaq ödənilməsinə razı olduğunu və həmin alimentin hər il indeksasiya aparılmasına etiraz etdiyini, qeyd edilən alimentin sabit pul məbləği olmaqla onun şəxsi bank kart hesabına hər ayın ilk 10 (on) günlüyündə hesaba köçürüİməsini və alimentin tutulmasının xx.xx.2025-ci il tarixindən müəyyən edilməsi ilə bağlı qarşılıqlı razılaşmalarını təsdiq etdilər.” “Birinci tərəf Ərizəçi bu Sazişin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və atalığın müəyyən ediməsi və aliment tələbi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi öhtəliyini öz üzərinə götürür.” “İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi atalığın müəyyən edilməsi və aliment tələbinə dair Mediasiya sessiyasında baxılaraq onların ər-arvad münasibətlərindən xx.xx.2019-cu il təvəlİüdlü X8 dünyaya gəldiyini və həmin uşağın onların doğma övladı olduğunu və həmin uşağa atalığın verilməsinə qarşılıqlı razılaşdığını təsdiq edir və etiraz etmir.” “İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə qeyri-rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2019-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 50 (əlli) manat sabit pul məbləğindən aliment qaydasında tutularaq birinci tərəf Ərizəçi şəxsi bank kart hesabına hər ayın ilk 10 (on) günlüyündə hesaba köçürülməsinə və alimentin tutulmasının xx.xx.2025-ci il tarixindən müəyyən edilməsinə razıdır və etiraz yoxdur.” “İkinci tərəf Maraqlı şəxs bu mübahisəni məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir və birinci tərəfin atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı birinci tərəfin aidiyyatı məhkəməyə müraciət edəcəyinə etiraz etmir.” Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar