Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1963/2025 19.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı xx.xx.1967-ci ildə doğulmuş X1 xx.xx.2025-ci il tarixində Füzuli rayonu, Qayıdış qəsəbəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X3 xx.xx.1967-ci ildə Füzuli rayonunun Qarakollu kəndində anadan olmuşdur. Qardaşı Füzuli rayon 7-ci Qayıdış qəsəbəsi, ev 45də 20 mart 2025-ci il tarixdə vəfat edib və Füzuli rayonunun Horadiz şəhər qəbristanlığında dəfn olunmuşdur. İndiyədək mərhum qardaşının nə Füzuli rayonunun Qarakollu kənd icra nümayndəliyindən nə də Füzuli rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamə almışdır. Hazırda o, mərhum qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması üçün müraciət etsə də ölümündən xeyli müddət keçdiyindən bundan imtina edilmişdir. Müxtəlif sənədləşmələr zamanı qardaşının ölümü haqqında şəhadətnamə tələb olunur. Ona görə də sənədləşmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona müvafiq sənədləşmə aparmaq üçün lazımdır. Mərhum qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində qardaşına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa oxşar izahat verərək ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Füzuli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçinin qardaşı X3 xx.xx.2025-ci il tarixində Füzuli rayonu, Qayıdış qəsəbəsində ölmüşdür. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: -Doğum haqqına şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə doğulmuş, atası X2, anası isə X4r. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, onun qardaşı X1 ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi məsələsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum qardaşı X1 xx.xx.2025-ci ildə rəhmətə getməsi ilə bağlı xəstəxanada rəsmi qeydiyyat yuxdur. -fotoşəkildən görünür ki, məzar daşının üzərində mərhumun şəkli əks olunmaqla “X3, xx.xx.1967-xx.xx.2025, Qarakollu kəndi” yazılar yazılmışdır. -Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 7 saylı Qayıdış qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2025-ci ildə vəfat etmiş və Horadiz şəhər qəbirstanlıqda dəfn olmuşdur. -Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 7 saylı Qayıdış qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X6, X8, X5 iştirakı ilə həmin aktı tərtib edirik ondan ötrü ki, Füzuli rayon Qarakollu kəndində qeydiyyatda olmuş , Füzuli rayon 7 saylı Qayıdış qəsəbə 45 nömrəli evdə yaşamış, xx.xx.1967-ci il doğum tarixli X3 xx.xx.2025-ci ildə Füzuli rayon 7 saylı Qayıdış qəsəbəsi 45 nömrəli evdə vəfat edib və Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir. Ona görə də aktı imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi, qardaşı X1 xx.xx.2025-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, onun ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacağından və bunun məhkəmədənkənar qaydada həlli mümkün olmadığından, habelə onun həmin tarixdə Füzuli rayonunda ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1967-ci il tarixdə anadan olmuş qardaşı X1 xx.xx.2025-ci il tarixində Füzuli rayonun Qayıdış qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 xx.xx.2025-ci il tarixində Füzuli rayonun Qayıdış qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1963/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1963/2025
19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver