Məhkəmə qərarları › İş №2(064)-1964/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1964/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1964/2023 11.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü X6 onun doğma atasıdır. Atası Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatdadır ve onlar məcburi köçkün kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində məskunlaşmışlar. X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 64, mənzil 107 A ünvanında qəfil vəfat etmişdir. Həmin tarixdə atasının halı pisləşmiş və o, Təcili və Təxirəsalınmaz yardım stansiyasına müraciət etmiş və 9 saylı bölmədən həkim briqadası onların evə gəlmiş və artıq atasının vəfat etdiyini onlara bildirmişdir. Atası Ceyrnabatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən) evdə məskunlaşmışdır və ünvan 1 ünvan olmuşdur. Mərhum atası ünvan 2 Bu barədə ona Füzuli rayon X7 tərəfindən xx.xx.2023-cü il tarixli arayış da verilmişdir. Atasının vəfat etməsi ilə bağlı xəbərdarlıq vərəqəsi ilə o, Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən ona xx.xx.2023-cü il tarixli cavab məktubu verilmiş və həmin məktubda “ölüm haqqında tibbi şəhadətnaməmin verilməsi mümkün hesab edilməmişdir. Daha sonra o, məskunlaşdığı yer üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli məktub verilərək, məhkəməyə müraciət edə bilməcəyi izah olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE№ 15028195 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1965-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. AZ-T № 249021 doğum haqqında şəhaətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X1, anası X3r. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X2 vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyi üçün ölümün qeydiyyatından imtina edilmişdir. Füzuli rayon İHB-nin Bala Bəhmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və Füzuli rayonu, Böyük Bəhmənli kənd qəbirstanlığında dəfn edilmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tqarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 64, mənzil 107 A ünvanında X2 həkimə qədər ölümü aşkar edilmişdir. Abşeron RİHB-nin Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 576 saylı arayışda qeyd olunmuşdur ki, X6 15 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Vəfat edən günə qədər Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə müraciət etmiş və Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1965-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Füzuli rayonu, Bala Bəhmənli kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə X1na ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1965-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar