Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2009/2023 11.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayır. Onun anası X3 1993-cü ilin iyul ayının 27-si tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt o, və anası digər qohumları nə kənd icra nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni almışlar. Mərhum anasının ölüm haqqında şəhadətnaməsi olmadığından hər dəfə sənədləşmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə işləri üçün, konkret olaraq bəzi daşınar və daşınmaz əmlakların qeydə alınmasında lazımdır. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, şöbənin arxivi yoxlanılmış, mərhum anası X3 adına ölüm akt qeydi aşkarlanmamışdır. Ona görə də, ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Mərhum anası qeyd olunan tarixdə vəfat etməsini onun dəfin və yas mərasimində iştiıjak etmiş hər kəs təsdiq edə bilər. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X5 bildirdilər ki, Ərizəçi anası X3 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmiş və həmin kəndə dəfn edilmişdir. Lakin ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Xİ-JQ№683484 pasportun surətindən görünür ki, X3 1935-ci ildə Füzuli rayonunda doğulmuşdur. Füzuli rayon İHB-nin Böyük Bəhmənli kəndi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Hüseynov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X3 xx.xx.1993-cü il tarixinədək həmin kənddə yaşamışdır. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-546/23 saylı məktubunda göstərilmişdir ki, X3 xx.xx.1993-cü il tarixində Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə verilməmişdir. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Təqdim edilmiş fotoşəkildən görünür ki, qəbir daşının üzərində “X3 1935-xx.xx.1993” ifadələri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ərizəçi K.Mirzəyeva qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbə tərəfindən verilmiş məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə əizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi anası X3 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etmişdir. Lakin Ərizəçi həmin ərəfədə anası X3 şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1935-ci il təvəllüdlü X2 xx.xx.1993-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-2009/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2009/2023
11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver