Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-202/2023 30.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Taryel oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Taryel oğlundan 1.320 manat əsas borc, 40 manat məbləğində iddia ərizəsinin tərtib edilməsinə görə və 34 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində saat 21:28-də dostu Turalın “Leo Bank” kartına 1.320 manat pul köçürmək istəsə də, ona məlum olmuşdur ki, həmin pulu kartın son 4 rəqəmini səhv yığdığı üçün 4098 5844 6294 5336 nömrəli kartın sahibi Cavabdeh Taryel oğlunun hesabına köçmüşdür. Kartın sahibi ilə daha sonra əlaqə saxlamış və ona həmin 1.320 manat məbləği geri ödəməyi xahiş etmişdir. O, isə öz növbəsində xx.xx.2022-ci il tarixində ödəyəcəyini bildirmişdir. Cavabdeh bu vədinə sadiq durmamış və xx.xx.2022-ci il tarixində ona hədə-qorxu gələrək pulu geri qaytarmayacağnı bildirmişdir. Bundan sonra, onun tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmuş və araşdırma zamanı Cavabdeh törətdiyi hüquq pozuntusunu etiraf edərək ondan aldığı pul vəsaitini geri qaytarmadığını təsdiq etmişdir. Belə ki, o, xx.xx.2012-ci il tarixində ***-***-**-** nömrəsindən DİN-nin 102 xidmətinə zəng etmiş və ərizə ilə Xəzər RPİ-nin 2-ci PŞ-nə cavabdeh şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün müraciət etmiş. Həmin araşdırma gedişində şəxs ondan pul vəsaitini əldə etdiyini, 940 manatı dostuna verərək borcunu bağladığını, buna görə də pulu geri qaytara bilmədiyini birbaşa öz ifadəsi ilə təsdiq etmişdir. Buna dair xx.xx.2022-ci il tarixli cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında qərar qəbul edilmişdirki, həmin qərarın surəti iddia ərizəsinə əlavə olunmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh Taryel oğlu tərəfindən əldə edilmiş 1.320 manat məbləğində pul vəsaitindən əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 74 manatın da ona qaytarılması qanunauyğundur. Odur ki, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət üçün iddia ərizəsinin tərtibatına görə 40 manat və dövlət rüsumu olaraq 34 manat xərc çəkilmişdir. Göründüyü kimi cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində onun əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh Taryel oğluna qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı 1.320 manat vəsaitini qanuni əsaslar olmadan ələ keçirməklə əsassız varlanmış və həmin vəsaiti geri qaytaracağı barədə üzərinə öhdəlik götürsə də bunu lazımınca yerirə yetirməmiş və həmin pulu qaytamamışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə iddia tələbini bu hissədə əsaslı sayaraq təmin etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 115.0. və 115.0.6cı maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Odur ki, iddia tələbi təmin olunduğundan cavabdehdən məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 40 manat ərizənin tərtib olunması üçün ödənilmiş pulun cavabdehdən tutulması hissəsini də təmin edərək məhkəmə bildirir ki, iddiaçı tərəfindən qeyd olunan hallarla bağlı rəsmi sübut, yəni 34 saylı vəkil bürosuna 40 manat ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 933 saylı mədaxil qəbzi məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.320 manat borc, 74 manat məhkəmə xərci olmaqla cəmi 1.394 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-202/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-202/2023
30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver