Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2141/2024 07.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində işə cəlb etməklə verdiyi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (bundan sonra – Ərizəçi) Cavabdeh maraqlı şəxs qismində işə cəlb edərək barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) muraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞÇ/MT020/2023-00373 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri normal olsa da, sonradan pozulmuş və xx.xx.2014cü ildə məhkəmə qətnaməsi ilə rəsmi olaraq ayrılmışlar. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Ərizəçinin xeyrinə Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ərizəçi bildirir ki, övladı Rəsulun səhəti yaxşı deyil, hər iki böyrəyində kəskin zədələnmə, həmçinin ciyərində şişkinlik var və bu səbəbdən daim müalicə almalıdır. Odur ki, qət edilmiş 154 manat övladının ehtiyaclarını ödəmir. Alimentin artırılması üçün Ərizəçi Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və qarşı tərəflə razılıq əldə edilərək aralarında alimentin miqdarının 220 manat təyin olunması ilə bağlı xx.xx.2024-cü il tarixli MŞÇ/MT020/2023- 00373 nömrəli barışıq sazişi bağlanmışdır. Lakin qarşı tərəf - Cavabdeh sazişin tələblərini yerinə yetirmir və alimenti ödəməkdən boyun qaçırır. Ərizəçi məhkəmə iclasına teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmadığından məhkəmə iclasını iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazışində aşağıdakılar qeyd edilmişdir: “ Birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 220 manat aliment ödənilməsinə razılaşırlar. Əgər barışıq sazişi könüllü icra olunmasa, məhkəməyə müraciət olunaraq təsdiq edildikdən sonra məcburi icraya yönəldiləcəyini bilirlər.” “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində deyilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişində Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürməsinə baxmayaraq Cavabdeh tərəfindən könüllü şəkildə icra olunmadığından İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığına görə təsdiq edilməli və məcburi icraya yönəldilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 355-23-355-25-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞÇ/MT020/2023-00373 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin və alimentə dair hissədə dərhal icraya yönəldilsin: “ Birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 220 manat aliment ödənilməsinə razılaşırlar. Əgər barışıq sazişi könüllü icra olunmasa, məhkəməyə müraciət olunaraq təsdiq edildikdən sonra məcburi icraya yönəldiləcəyini bilirlər.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2141/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2141/2024
07.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver