Məhkəmə qərarları › İş №2(064)-2197/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2197/2025

14.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2197/2025 14.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Füzuli rayon Qeydiyyat Şöbəsi) dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1986-cı il təvəllüdlü oğlu X2 xx.xx.2025-ci il tarixdə Füzuli şəhərində müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il təvəllüdlü oğlu X3 xx.xx.2025-ci il tarixdə Füzuli şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Füzuli şəhər qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun ölümü ilə əlaqədar icra nümayəndəliyindən və Füzuli rayon qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması onun üçün bir çox çətinliklər yaradır. Sənədləşdirmə işləri ilə əlaqədar olaraq oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla bağlı Füzuli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində ölümün dövlət qeydiyyatına alınması üçün tələb olunan tibbi şəhadətnamə olmadığından imtina verilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də, hazırki ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çox olması ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun anasıdır. X3 qardaşıdır. O, xx.xx.2025-ci il tarixdə Füzuli şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Füzuli şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, o ərizəçinin qonşusudur. X3 xx.xx.2025-ci il tarixdə Füzuli şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Füzuli şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1961-ci il tarixdə Laçın rayonu, Alcan kəndində doğulmuş və Köhnəkənd kənd soveti tərəfindən xx.xx.1961-ci il tarixdə İİ-ИЕ 023488 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X5r. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1961-ci il tarixdə Laçın rayonu, Alcan kəndində doğulmuş və Füzuli rayonu, PMK-44 qəsəbəsində qeydiyyatdadır. - AA1602123 nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X3 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Anası Ərizəçidır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Füzuli rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5-8-670/2025 saylı məktubundan görünür ki, X2 ölümünü dövlət qeydiyyatına alınması üçün zəruri hesab edilən sənədlər olmadığından ölümü dövlət qeydiyyatına almaq mümkün olmamış və Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-36/2-M-15xx-xx-2012/2025 saylı arayışdan görünür ki, Ərizəçi oğlu X2 xx.xx.2025-ci il tarixdə rəhmətə getməsi ilə bağlı Füzuli rayon Mərkəzi Xəstəxanasında rəsmi qeydiyyat yoxdur. - Azərbaycan Respublikası Füzuli RİH Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X1 şəhəri PMK-44 qəsəbəsində daimi qeydiyyatda olmuş, Böyük Qayıdış proqramına əsasən Füzuli şəhəri, bina 31, mənzil 668-də evlə təmin edilmiş, vəfat edən tarixə kimi həmin evdə yaşamışdır. X3 17 avqust 2025-ci il tarixdə vəfat etmiş və 18 avqust 2025 ci il tarixdə Füzuli şəhər qəbristanlığında dəfn edilmişdir. - ərizəçinin təqdim etdiyi fotoşəkildə olan məzarda X3 qeyd edilərək doğum tarixi xx.xx.1986-cı il, ölüm tarixi isə xx.xx.2025-ci il göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin xx.xx.1986-cı il təvəllüdlü oğlu X3 xx.xx.2025-ci ildə yaşadığı Füzuli şəhərində müəyyən şəraitdə ölmüşdür. O, Füzuli şəhər qəbiristanlığında dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Füzuli şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar