Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-223/2023 15.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq inzibati xəta haqqında protokollarına əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 8 1 0 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli ALY-547 saylı “Daxili lizinq” müqaviləsi əsasında İddiaçı MMCnin mülkiyyətində olan 2020-ci il buraxılışlı, “Ravon R4 LTZ” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XWBJA69V9LA139950 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır, bununla əlaqədar olaraq İddiaçı MMC 10 mart 2021-ci il tarixində lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə Füzuli Rayon məhkəməsi tərəfindən baxılaraq 25 avqust 2022-ci il tarixli 2(064)-1094/2022 saylı qətnamədə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli ALY-547 saylı “Daxili lizinq müqaviləsi”-nin ləğv edilməsi və Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1558.67 manat məbləğində pulun tutulması Füzuli Rayon Məhkəməsi tərəfindən qət edilmişdir. “Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Ravon R4 LTZ” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh AR X2 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı AR X1 portalından alınmış çıxarış təsdiq edir. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Ravon R4 LTZ” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir; 24 may 2021-ci il tarixli, EQ 9939393; 27 may 2021-ci il tarixli, EQ 9939411; 03 iyun 2021-ci il tarixli, EQ 9939422; 05 iyun 2021-ci il tarixli, EQ 9939415;29 iyun 2021-ci il tarixli, EQ 9939421;03 iyul 2021-ci il tarixli, EQ 9939427;05 iyul 2021-ci il tarixli, EQ 9939426;26 iyul 2021-ci il tarixli, EQ 9939431;29 iyul 2021-ci il tarixli, EQ 9939430;07 avqust 2021-ci il tarixli, EQ 9939432;13 avqust 2021-ci il tarixli, EQ 9939438;13 avqust 2021-ci il tarixli, EQ 9939439;07 sentyabr 2021-ci il tarixli, EQ 9939449;14 sentyabr 2021-ci il tarixli, EQ 9939456;17 sentyabr 2021-ci il tarixli, EQ 9939455;20 sentyabr 2021-ci il tarixli, EQ 9939451;23 sentyabr 2021-ci il tarixli, EQ 9939445;23 sentyabr 2021-ci il tarixli, EQ 9939447;26 sentyabr 2021-ci il tarixli, EQ 9939443;01 oktyabr 2021-ci il tarixli, EQ 9939523;06 oktyabr 2021-ci il tarixli, EQ 9939499;16 oktyabr 2021-ci il tarixli, EQ 9939478;20 oktyabr 2021-ci il tarixli, EQ 9939522;04 noyabr 2021-ci il tarixli, EQ 9939531;09 noyabr 2021-ci il tarixli, EQ 9939552; 09 noyabr 2021-ci il tarixli, EQ 9939556;09 noyabr 2021-ci il tarixli, EQ 9939553;18 noyabr 2021-ci il tarixli, EQ 9939530;01 dekabr 2021-ci il tarixli, EQ 9939589; 02 yanvar 2022-ci il tarixli, EQ 9939743. Mülki qanunvericiliyə əsasən İddiaçı MMC yazılmış inzibati xəta haqqında protokollarına əsasən ümumilikdə 810 manat məbləğində cəriməni ödəmişdir. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olumasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli, ALY-547 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə "Ravon R4 LTZ” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil idsiaçı İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Qeyd olunan avtomobil cavabdehin istifadəsində olarkən onun tərəfindən törədilmiş çoxsaylı inzibati xətalara görə cəmi 810 manat inzibati cərimə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Odur ki, məhkəmə belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Daxili lizinq” müqaviləsinin 5.2-ci bəndində deyilir ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30,40 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 8 1 0 manat və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026) 315-51-82 Horadiz şəhəri Faks: (026) 315-51-71 İş № 2(064)-223/2023 31 mart 2023-cü il İddiaçı MMC-yə Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Xarici darəvi yol 4 Cavabdeh Ünvan: ünvan 1 ünvanında yerləşən yataqxana Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-223/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-223/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-223/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver