Məhkəmə qərarları › İş №2(064)-2398/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-2398/2024

16.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-2398/2024 16.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 İsrafil qızı və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini Füzuli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı X2 (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh1 İsrafil qızı və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdehlərdən İddiaçının xeyrinə 25000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər İddiaçıdan cəmi 25000 manat dəyərində qızıl-zinət əşyaları götürmüş, lakin indiyə kimi vurulmuş ziyanın əvəzi qaytarılmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən edir ki, İddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir.Prosessual qanunvericilik bir neçə tələbin bir iddia ərizəsində birləşdirilməsinə yalnız həmin tələblər bir-biri ilə bağlı olduğu halda imkan tanıyır və əgər iddia ərizəsində bir-biri ilə bağlı olmayan tələblər birləşdirilmişdirsə, yaxud bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdirsə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinə müvafiq olaraq, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçıya iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələbləri izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh1 İsrafil qızı və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar