Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-246/2023 01.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 xx.xx.1997-ci ildə Füzuli rayonu, Mollaməhərrəmli kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli rayonu, Mollaməhərrəmli kəndində məcburi köçkün kimi məskunlaşıb yaşayır. Onun atası X6 30 aprel 1997-ci ildə Mollaməhərrəmli kəndində vəfat etmiş və Babı kənd qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda atasının qəbri Füzuli rayonu, Babı kənd qəbristanlığında yerləşir. Atası Mamedin ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. O, nə Füzuli rayon Babı kənd icra nümayndəliyindən, nə də Füzuli rayon Qeydiyyat Şöbəsindən atasının ölüm haqqında şəhadətnamə almışdır. Mərhum atası Mamedə ölüm haqqında şəhadətnamə almadığı üçün hər dəfə sənədləşmə işləri aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə aparmaq üçün lazımdır. Mərhum atası X5 ölüm haqqında şəhadətnamə almaq üçün Füzuli rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmçinin qeyd edir ki, mərhum atası X3 məzar daşında səhvən adı Məhəmməd kimi qeyd edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 və X7 ərizəçinin atası X3 xx.xx.1997-ci ildə Füzuli rayonu, Mollaməhərrəmli kəndində vəfat etmiş və Babı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixində Füzuli rayonu, Mollaməhərrəmli kəndində doğulmuşdur. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 628/05-13 saylı məktubunda göstərilmişdir ki, X3 vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyi üçün ölümün qeydiyyatından imtina edilmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, 1930-cu il təvəllüdlü X3 1997-ci ildə Füzuli rayonu, Mollaməhərrəmli kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin həmin qəbir daşında səhvən X6 yazılmaq əvəzinə X1 yazılmışdır. Füzuli rayonu İHB-nın Arayatlı kənd inizbati ərazi icra nümayyəndəliyi tərfindən Ərizəçi verilən arayışdan görünür ki, onun atasının məzar daşında X6 yazılmaq əvəzinə səhvən X4 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, atası X3 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi atası X6 xx.xx.1997-ci ildə Füzuli rayonu, Mollaməhərrəmli kəndində vəfat etmiş və Babı kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1930-cu il təvəllüdlü X3 xx.xx.1997-ci ildə Füzuli rayonu, Mollaməhərrəmli kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-246/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-246/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver