Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2599/2025 03.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında 2 saylı Mediasiya xidmətində Mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MSB-00916 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 03 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri 2 X1 MSB-00916 saylı barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: xx.xx.2024-cü il tarixində Maraqlı şəxs 48450 ( qırx səkkiz min dörd yüz əlli) manat pulu Ərizəçi borc olaraq alıb. Maraqlı şəxs borc aldığı 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu oktyabr 2025-ci il tarixdən başlayaraq hər ayın 25-dən 30-dək aylıq 510 (beş yüz on) manat olmaqla Ərizəçi bank kart hesabına ödəyəcək. Lakin hazırda 12 noyabr 2025-ci il tarixinin olmasına baxmayaraq maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı tərəfə iradlar bildirilsə də, hər dəfəsində müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin təsdiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq (əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə) o, məhkəmə iclasına gəlməmiş, lakin o, məhkəməyə ərizə ünvanlayaraq ərizəni qəbul etdiyini borcunu noyabr ayının 20-dək qaytaracağını və məhkəmə iclasını onun iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri 2 X1 mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB-00916 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər Ərizəçi və Maraqlı şəxs həmin sazişin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: “Maraqlı şəxs 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu Ərizəçi borc olaraq alıb. Maraqlı şəxs borc aldığı 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu oktyabr 2025-ci il tarixdən başlayaraq hər ayın 25-dən 30-dək aylıq 510 (beş yüz on) manat olmaqla Ərizəçi bank kart hesabına ödəyəcək.” “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı qaydada razılığa gəlmişlər: Maraqlı şəxs 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu Ərizəçi borc olaraq almasını, Maraqlı şəxs borc aldığı 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu oktyabr 2025-ci il tarixdən başlayaraq hər ayın 25-dən 30-dək aylıq 510 (beş yüz on) manat olmaqla Ərizəçi bank kart hesabına ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs oğu arasında Bakı şəhəri 2 X1 mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB-00916 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Anar Kamil oğlu 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu Ərizəçi borc olaraq alıb. Maraqlı şəxs borc aldığı 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu oktyabr 2025-ci il tarixdən başlayaraq hər ayın 25-dən 30-dək aylıq 510 (beş yüz on) manat olmaqla Ərizəçi bank kart hesabına ödəyəcək.” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 2 X1 bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB00916 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu Ərizəçi borc olaraq alıb. Maraqlı şəxs borc aldığı 48450 (qırx səkkiz min dörd yüz əlli) manat pulu oktyabr 2025-ci il tarixdən başlayaraq hər ayın 25-dən 30-dək aylıq 510 (beş yüz on) manat olmaqla Ərizəçi bank kart hesabına ödəyəcək.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-2599/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2599/2025
03.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver