Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-2753/2025 05.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Füzuli Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2004-cü il təvəllüdlü X1 xx.xx.2004-cü il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu, xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə İmişli rayonunda vəfat etmiş və İmişli rayonu, Qaragüvən kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü ilə əlaqədar qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Bununla əlaqədar Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etdikdə isə qeydiyyat şöbəsinin arxivində və elektron informasiya sistemində onun ölümü haqqında məlumat aşkar edilməmişdir. Göstərilən səbəbdən ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ərizəçinin ərizəsində göstərdiyi işin halları barədə eyni məzmunda ifadə verdilər. Azərbaycan Respublikası MPM-in: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - AZ-İ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə Füzuli şəhərində doğulmuşdur. - xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə İmişli rayonunda vəfat etmiş və İmişli rayonu, Qaragüvən kənd qəbiristanlığında dəfn edilmişdir. (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surəti əsasında); - Füzuli şəhəri sakini Ərizəçi, Füzuli rayonunun Şükürbəyli kəndi sakinləri X5 və X2 tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Füzuli şəhəri, Əsəd Qarayev küçəsində daimi qeydiyyatda olan Ərizəçi xx.xx.2004-cü il tarixində Füzuli rayonunun Şükürbəyli kəndi sakini ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. - X1 ölümü barədə tibbi şahədətnamə təqdim edilmədiyi üçün ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli Rayon Qeydiyyat Şöbəsinin arayışının surəti əsasında); - X1 vəfat etməsinə dair Füzuli Rayon Mərkəzi Xəstəxanasında rəsmi qeydiyyat yoxdur (Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 tabeliyində olan Füzuli Rayon Mərkəzi X3 Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında). Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçinin oğlu, xx.xx.2004-cü il təvəllüdlü X4 xx.xx.2004-cü il tarixdə İmişli rayonunda vəfat etmiş və İmişli rayonu, Qaragüvən kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçinin oğlunun ölümü barədə Füzuli Rayon Qeydiyyat Şöbəsində ölüm akt qeydi aparılmamışdır. X1 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli mümkün deyildir. Məhkəmə tədqiq edilmiş yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X1 xx.xx.2004-cü il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-2753/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-2753/2025
05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver