Məhkəmə qərarları › İş №2(064)-298/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-298/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-298/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri 1942-ci il təvəllüdlü X3 21 fevral 1992-ci ildə Füzuli rayonu, Divanalılar kəndində ölmüş elan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 1962-ci il tarixdə X4 ilə Füzuli rayon Qacar kənd icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. X2 1942-ci ildə anadan olub, Füzuli rayonunun Divanalılar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 1988-ci ildə məlum hadisələr başlamış, X2 21 fevral 1992-ci ildə evdən çıxmış, bir daha evə qayıtmamışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. X3 taleyi barədə heç bir məlumat əldə edə bilməmişdir. 23 avqust 1993-cü ildə Füzuli şəhəri və əksər kəndlər erməni hərbi birləşmələri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün düşmüş, lakin yenə də axtarışlarını davam etdirmişlər. 20 ildən artıq müddət keçməsinə baxmayaraq axtarışlarının heç bir nəticəsi olmamışdır. X1 21 fevral 1992-ci ildə Füzuli rayonunun Divanalılar kəndində xəbərsiz itkin düşmüş hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 19 may 2022-ci il tarixli 2(064)889/2022 saylı qətnaməsinə əsasən ərizə təmin olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə dəvət edilmiş şahidlər X5 və X6 bildirdilər ki, Ərizəçi əriz X4 21 fevral 1992-ci ildə evdən çıxmış və o vaxtdan bir daha evə qayıtmamışdır. Məhkəmə Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, Ərizəçi və X4 arasında xx.xx.1962-ci ildə nigah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qurbanova soyadı verilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-889/2022 saylı qətnaməsindən görünür ki, Ərizəçi X2 21 fevral 1992-ci ildə Füzuli rayonu, Divanalılar kəndində xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Azərbaycan Respublikası Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş elan edilməsindən bəhs edən 41-ci maddəsində aşağıdakılar deyilir: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-889/2022 saylı qətnaməsi ilə Ərizəçi X2 21 fevral 1992-ci ildə Füzuli rayonu, Divanalılar kəndində xəbərsiz itkin düşmüş hesab edilmiş və bu on ay ərzində ondan xəbər çıxmamışdır. Belə olan halda, 1942-ci il təvəllüdlü Q.Qasımov məhkəmə qaydasında ölmüş elan edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1942-ci il təvəllüdlü X3 21 fevral 1992-ci ildə Füzuli rayonu, Divanalılar kəndində ölmüş elan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315) 51-82 Horadiz şəhəri Faks: (026-315) 51-71 İş № 2(064)-298/2023 03 aprel 2023-cü il Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Ərizəçi Ünvan: Füzuli rayonu, Fin evləri ev 375 Füzuli Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(064)-298/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar