Məhkəmə qərarları › İş №2(064)-348/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-348/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-348/2023 29.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 830 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fermer təsərrüfatı ilə məşğul olur. Cavabdehlər ondan iri buynuzlu heyvan alaraq kəsib satmışlar. Pulun bir hissəsini versələr də qalan pulu ödəməmişlər. Pulu onlardan ala bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bütün bunları nəzərə alıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı bildirdi ki, o, artıq uzun müddətdir ki, Cavabdeh1 nisyə mal satmaqla məşğul olur. Digər Cavabdeh2 Yasinin mağazasında qəssab işləyir. Sonuncu dəfə bir neçə il bundan əvvəl Cavabdeh1 830 manat dəyərində 2 baş dana vermiş, lakin cavabdeh dananı kəsib qəssabına satdırsa da onun pulunu verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 bildirdi ki, o, mal-qara əti satılan mağazanın sahibidir. Digər Cavabdeh2 onun mağazasında qəssab işləyir. Belə ki, Cavabdeh2 mal-qaranın doğrayaraq satılması ilə məşğul olur və hər gün 15-20 manat pul qazanır. İddiaçı dəfələrlə onun mağazasına nisyə mal-qara vermiş və o, satışını təşkil etdikdən sonra iddiaçının pulunu vermişdir. İddiaçı sonuncu dəfə bir neçə il bundan əvvəl onun xəbəri olmadan mağazada satıcı-qəssab işləyən Cavabdeh2 830 manat dəyərində mal-qara vermiş, sonuncu həmin mal-qaranı kəsib doğrayaraq satsa da iddiaçının pulunu verməmişdr. Hesab edir ki, iddiaçının 830 manat pulunu Cavabdeh2 verməlidir. Odur ki, iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş edir. Digər Cavabdeh2 bildirdi ki, o, bir neçə il Cavabdeh1 mal ətinin satışı mağazasında satıcıqəssab işləmişdir. İddiaçı uzun müddət onların mağazasına nisyə mal-qara vermiş, onlar satdıqdan sonra iddiaçının pulunu vermişlər. Sonuncu dəfə iddiaçı bir neçə il bundan əvvəl Cavabdeh1 830 manat dəyərində 2 baş dana vermiş və həmin heyvanları kəsib doğrayaraq satdıqdan sonra pulunu Yasinə vermişdir ki, iddiaçıya ödəsin. Lakin Cavabdeh1 830 manat pulu ondan alsa da malların sahibi olan iddiaçıya ödəməmişdir. Hesab edir ki, iddiaçının xeyrinə 830 manat pul ondan deyil, digər Cavabdeh1 tutulmalıdır. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçıla Cavabdeh1 arasında nisyə şəkildə mal-qara satışı aparılmışdır. İddiaçı sonuncu dəfə bir neçə il bundan əvvəl 830 manat dəyərində 2 baş dananı Cavabdeh1 satsa da pulunu ala bilməmişdir. Cavabdeh1 İddiaçı nisyə şəkildə 830 manat dəyərində 2 baş dana almadığını bildirsə də bu hal iddiaçının və digər Cavabdeh2 izahatları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nisyə aldığı malın pulunu ödəməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı malı nisyə şəkildə Cavabdeh1 verdiyini bildirdiyindən iddia tələbi digər Cavabdeh2 aid hissədə təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh1 830 manat tutularaq İddiaçı verilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026)315-51-82 Horadiz şəhəri Faks: (026)315-51-71 № 2 (064)-348/2023 04 aprel 2023-cü il İddiaçı Ünvan: Füzuli rayonu, 95 evlik Fin qəsəbəsi ev 52 Cavabdeh1 Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Cavabdeh2 Ünvan: Füzuli rayonu, 400 evlik Fin qəsəbəsi. Füzuli Rayon Məhkəmənin 29 mart 2023-cü il tarixli, 2(064)-348/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar