Məhkəmə qərarları › İş №2(064)-352/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-352/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-352/2023 14.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X6 xx.xx.2000ci ildə Füzuli rayonu, Babı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Babı kəndində qeydiyyatdadır. Həmin kənddə yaşayır, məcburi köçkündür. Onun əri X10 ilə birgə nikahlarından 02 avqust 1982-ci il tarixdə anadan olmuş qızı X11 12 iyul 2000-ci il tarixdə Füzuli rayonu, Babı kəndində vəfat etmiş, Füzuli rayonu Babı kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt o, nə kənd icra nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni almışdır. Mərhum qızının ölüm haqqında şəhadətnaməsi olmadığından hər dəfə sənədləşdirmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona sənədləşmə işləri üçün, konkret olaraq torpaq sənədlərinin düzəldilməsi üçün lazımdır. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Füzuli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, şöbənin arxivi yoxlanılmış, mərhum qızı X6 adına ölüm akt qeydi aşkarlanmamışdır. Ona görə də, ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Mərhum qızının qeyd olunan tarixdə vəfat etməsini onun dəfn və yas mərasimində iştirak etmiş hər kəs təsdiq edə bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X4 bildirdilər ki, Ərizəçi qızı 1982-ci il təvəllüdlü Lalə Rəhimova xx.xx.2000-ci il tarixdə Füzuli rayonu, Babı kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İ-JQ № 427772 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X5 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 874/05 saylı arayışdan görünür ki, X11 xx.xx.1982-ci il tarixdə Füzuli rayonu, Babı kəndində anadan olmuşdur. X3, anası X2. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 656 saylı məktubunda göstərilmişdir ki, X6 vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyi üçün ölümün qeydiyyatından imtina edilmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində X11 xx.xx.1982-ci il-xx.xx.2000-ci il sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, qızı X6 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi qızı X11 xx.xx.2000-ci ildə Füzuli rayonu, Babı kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə qızı X6 ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X6 xx.xx.2000-ci ildə Füzuli rayonu, Babı kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.2000-ci ildə Füzuli rayonu, Babı kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315) 51-82 Horadiz şəhəri Faks: (026-315) 51-71 İş № 2(064)-352/2023 xx.xx.2023-cü il Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 352/2023 saylı qətnaməsi sizə göndərilir. Qoşma: xx.xx.2023-cü il tarixli, 2(064)-352/2023 saylı qətnamə. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar