Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-36/2025 19.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – məhkəmə) müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 21A saylı evin, 86 saylı mənzili tərəflərin paylarına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdeh qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə və “Toyota Corolla” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdeh qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırıb ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü ıl tarixli, 2(012)-129/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə arasında Sumqayıt şəhər VVADQ Şöbəsində xx.xx.2004-cü ıl tarixdə bağlanmış 307 saylı nikahın pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzili və “Toyota Corolla” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobil üzərində iddiaçının 1/2 payı müəyyən edilmişdir. Hazırda cavabdeh özünə çatası payı faktiki qəbul etməklə həmin ünvanda yaşayır. Bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş: - Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tairxli arayışın surətinə əsasən müəyyən olunur ki, mediasiya sessiyasında İddiaçı iştirak etsə də, Cavabdeh iştirak etməyib; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən, **********71-05301-093002 reyestr nömrəli mənzilin hüquq subyekti İddiaçı və başqaları olaraq qeyd edilmişdir. Sənəd üzrə torpaq sahəsinin ümumi sahəsi 0,1004 ha-dır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ümumi sahəsi 94.5 kv.m olan ünvan 1 ünvanında yerləşən, **********71-05301-093002 reyestr nömrəli daşınmaz əmlakın xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 140000 (yüz qırx min) manat təşkil edir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus ümumi sahəsi 94.5 kv.m olan ünvan 1 ünvanında yerləşən, **********71-05301-093002 reyestr nömrəli daşınmaz əmlaka ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payı müəyyən edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-129/2024 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)- 129/2024 saylı qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 21A saylı evin, 86 saylı mənzil və “Toyota Corolla” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı və Cavabdeh ½ hissədə payları müəyyən edilərək icraya yönəldilmişdir. - Azərbaycan Respublikasının Baş X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Toyota Corolla” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.20216-cı il tarixdən Cavabdeh adına qeydiyyatdadır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-129/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş işin hallarından görünür ki, iş materiallarında olan AZ-İ 013920 saylı nikahın bağlanması haqqında şəhadətnamə ilə X3 ilə Cavabdeh arasında Sumqayıt şəhər VVADQ Şöbəsində xx.xx.2004-cü il tarixdə 307 saylı nikah qeydə alınmış və nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Mehdi Hüzeynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzili 130000 manata Cavabdeh satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüzeynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzilinin mülkiyyətçisi Cavabdehdur. Onun adına xx.xx.2023-cü il tarixli mənzilin texniki pasportu tərtib olunmuşdur. İşdə olan DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsəsən Cavabdeh adına xx.xx.2016-cı ıl tarixdən “Toyota Corolla” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobil vasitəsi qeydə alınmışdır. Həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər VVADQ Şöbəsində xx.xx.2004cü il tarixdə bağlanmış 307 saylı nikah pozulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüzeynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzili və “Toyota Corolla” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobil üzərində İddiaçı ilə Cavabdeh 1/2 payları müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2(064)-1420/2024 saylı mülki iş materialları üzrə xx.xx.2025-ci il tarixli, 10/10144 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 21A ünvanında yerləşən, mübahisə predmeti olan 86 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında naturada idel paylar üzrə bölünməsi texniki cəhətdən mümkün deyildir. - "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüzeynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzilin naturada dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli, 164 nömrəli hesabatından görünür ki, həmin mənzilin naturada dəyəri 156000 (yüz əlli altı min) manat təşkil edir. - "xxxx" MMC-nin “Toyota Corolla” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobilin naturada dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli, 164/1 nömrəli hesabatından görünür ki, həmin avtomobilin naturada dəyəri 24000 (iyirmi dörd min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-ci maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının: 1.3-cü bəndinə görə əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 3.2-ci bəndinə görə nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 3.6-cı bəndinə görə əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7-ci bəndinə görə əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.11-ci bəndinə görə ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12-ci bəndinə görə konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. 3.11-ci bəndinə görə ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 6.18-ci bəndinə görə Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ərarvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən hüquq müəyyənedici müddəaları nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı sayılaraq təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-129/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər VVADQ Şöbəsində xx.xx.2004-cü il tarixdə bağlanmış 307 saylı nikah pozulmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüzeynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzili və “Toyota Corolla” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobil üzərində İddiaçı ilə Cavabdeh 1/2 payları müəyyən edilmişdir. Lakin tərəflərin onların paylarının naturada bölünməsi ilə bağlı hər hansı bir tələbi olmadığından məhkəmə tərəfindən irəli sürülmüş tələbin hədlərindən kənara çıxılmamış, tərəflərin paylarının müəyyən edilməsi ilə kifayətlənilmişdir. İddiaçı halhazırda paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 21A saylı evin, 86 saylı mənzili tərəflərin paylarına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya ödənilməsini cavabdeh qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə və “Toyota Corolla” markalı, “**-EP-***” dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə cavabdeh tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya ödənilməsini cavabdeh qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Füzuli Rayon Məhkəməsi tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə mülki iş üzrə iddianın obyekti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı kompensasiya ödənilməklə hissəvi payın əldə edilməsinin mümkünlüyü məhkəmə tərəfindən izah olunmuş, təklif edilən halla bağlı məhkəməyə münasibət bildirməyi xahiş olunmuş, lakin cavabdeh tərəfindən məsələ ilə bağlı məhkəməyə heç bir münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia obyekti üzərindən tərəflərin pay hüququnun mövcud olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2(064)-1420/2024 saylı mülki iş materialları üzrə xx.xx.2025-ci il tarixli, 10/10144 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 21A ünvanında yerləşən, mübahisə predmeti olan 86 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında naturada idel paylar üzrə bölünməsi texniki cəhətdən mümkün deyildir. "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüzeynzadə küçəsi, 21 A saylı evin 86 saylı mənzilin naturada dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli, 164 nömrəli hesabatından görünür ki, həmin mənzilin naturada dəyəri 156000 manat təşkil edir. "xxxx" MMC-nin “Toyota Corolla” markalı, ** EP *** dövlət nömrə nişanlı avtomobilin naturada dəyərinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixli, 164/1 nömrəli hesabatından görünür ki, həmin avtomobilin naturada dəyəri 24000 manat təşkil edir. Belə olan halda Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 21A ünvanında yerləşən 86 saylı mənzil ilkin satış qiyməti 156000 (yüz əlli altı min) manat müəyyən edilməklə və “Toyota Corolla” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi təmin edildiyindən qiymətləndirmə xərci və məhkəməekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 21A ünvanında yerləşən 86 saylı mənzil ilkin satış qiyməti 156000 (yüz əlli altı min) manat müəyyən edilməklə və “Toyota Corolla” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsait İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünməli, cavabdehdən 300 manat qiymətləndirmə xərci və 100 manat məhkəməekspertiza xərcinin əvəzi tulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 21A ünvanında yerləşən 86 saylı mənzil ilkin satış qiyməti 156000 (yüz əlli altı min) manat müəyyən edilməklə və “Toyota Corolla” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin satış qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait İddiaçı və Cavabdeh arasında bərabər paylarda bölünsün. Aparılmış qiymətləndirmənin 300 (üç yüz) manat dəyəri Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, hesab № AZN: AZ66AİİB********************, Bank: Kapital Bank ASC-nin Nərimanov filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ********************, KOD: 200093; SWİFT: AİİBAZ2X) ödənilsin. Aparılmış tədqiqatın 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-36/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-36/2025
19.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver