Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-379/2024 13.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 xx.xx.1946-cı ildə Füzuli rayonunda doğulmuş, xx.xx.1998-ci ildə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Xətai rayonunda yerləşən keşlə qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü ilə əlaqədar Füzuli rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması mənim üçün bir çox çətinliklər yaradır. Belə ki, sənədləşdirmə işləri ilə əlaqədar olaraq ondan mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar olaraq Füzuli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən ona rəsmi olaraq məhkəməyə müraciət etməyi bildirilmişdir. Mərhum atasının ölümü qeyd edilmədiyindən, onun ölüm şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X8 bildirdilər ki, Ərizəçi onların həmyerlisidir. Ərizəçi X2 xx.xx.1998-ci ildə Bakı şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir. Onlar hətta mərhumun yas yerində iştirak etmişlər. Lakin Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Məhkəmə Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Xİİ-JQ № 662724 pasportun surətindən görünür ki, X7 1946-cı ildə Füzuli şəhərində doğulmuşdur. İ-AZ№070730 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Füzuli rayonunda doğulmuşdur. X2, anası X4r. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, X3 vəfat etməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin əsli təqdim edilmədiyi üçün ölümün qeydiyyatından imtina edilmişdir. Füzuli rayon İHB-nin Füzuli şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, X7 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir . Təqdim edilmiş fotoşəkillərdən görünür ki, qəbir daşının üzərində “X7 xx.xx.1946xx.xx.1998” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X3 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Ölüm haqqında tibb şəhadətnaməsinin əsli olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi X2 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Lakin Ərizəçi həmin ərəfədə X2na ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. 1946-cı il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-379/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-379/2024
13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver