Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-481/2023 06.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 və Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı verdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 07 avqust 1992-ci il tarixdə doğulmuş övladı X1 17 dekabr 2002-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, onunla X4 arasındakı nikahdan 07 avqust 1992-ci il tarixdə doğulmuş X2 (bundan sonra – Sevindik) adlı övladı əziyyət çəkdiyi ürək xəstəliyindən 17 dekabr 2002-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində vəfat etmişdir. Sevindikin ölümü anidən baş verdiyinə görə təcili yardım çağıra bilməmişlər. Sonuncunu Füzuli rayonu, Alıxanlı kənd qəbirsanlığında dəfn etmişlər. Sevindikin ölməsi barəsində tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərdiyi səbəbdən Sevindik barəsində ölüm haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Sevindikin ölməsi faktını əri X4, qohumları X3, X9 və digər şəxslər şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 atası X4, qohumları X3 və X9 verdikləri izahatlarında ərizəçinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi hallar barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki: - X2 07 avqust 1992-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, atası X4, anası Ərizəçidır (XVİİ-ЖГ 300326 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən). - X2 17 dekabr 2002-ci il tarixdə vəfat etmiş, Füzuli rayonu, Alıxanlı kənd qəbirsanlığında dəfn olunmuşdur (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş edilmiş 08 fevral 2023-cü il tarixli arayış və 06 mart 2023-cü il tarixdə təsdiq edilmiş akta əsasən). - X1 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli rayon qeydiyyat şöbəsinin 31 yanvar 2023-cü il tarixli arayışı əsasında). Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçinin övladı X2 17 dekabr 2002-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində vəfat etmiş, həmin kəndin qəbirsanlığında dəfn olunmuşdur. Sonuncunun ölümü barədə tibbi sənəd və ya həkim rəyi tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsində ölüm akt qeydi aparılmamışdır. X1 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 07 avqust 1992-ci il təvəllüdlü X1 17 dekabr 2002-ci il tarixində Füzuli rayonu, Alıxanlı kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-481/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-481/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver