Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-499/2023 09.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ X8 Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə verdiyi ərizəyə və ona əlavə edilmiş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) Maraqlı şəxsnə qarşı Füzuli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, atası X2 19 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən evdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 19 dekabr 2022-ci il tarixdə atası X2 (bundan sonra - atası) ünvan 1 ünvanında yerləşən yaşadığı evdə olarkən qəflətən səhhətinin pisləşməsi ilə əlaqədar dərhal “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X3 Stansiyasına müraciət etmişlər. Saat 09:43-də yaşadıqları evə gəlmiş təcili yardım briqadası atasını müayinə edərkən vəfat etdiyini müəyyən etmiş, bu barədə xəbərdarlıq vərəqəsi tərtib edib onlara təqdim etmişdir. Atasının ölməsi haqqında müvafiq şəhadətnamələrin verilməsi üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə və Maraqlı şəxsnə müraciət etsə də, müvafiq orqanlar tərəfindən müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Atasının ölməsi barədə şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə məhkəməyə hazırki məzmunda ərizə ilə müraciət etmişdir. Tərəflər məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, gəlməmiş, ərizəçi məhkəməyə hazırki iclasın onun iştirakı olmadan keçirilməsi barədə teleqram göndərmişdir. Buna görə də məhkəmə hazırki iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırki ərizənin mülki məhkəmə icraatı qaydasında baxılmalı olubolmamasına dair düzgün nəticəyə gəlmək üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ərizəyə əlavə olunmuş aşağıda göstərilən sənədlər əsasında işin mövcud faktiki halları ilə bağlı müəyyən etmişdir ki,: - 19 dekabr 2022-ci il tarixdə saat 09:43-də Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllə, ev 3 ünvanında yaşamış X4 ilə bağlı çağırış yerinə gəlmiş “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X3 Stansiyasının təcili yardım briqadası X2 həkimə qədər öldüyünü və meyiti üzərində zorakılıq əlamətlərinin olmadığını təsdiq etmişdir (Həmin Stansiya tərəfindən verilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydalarına dair” 19 dekabr 2022-ci il tarixli “xəbərdarlıq vərəqəsi”nə əsasən). - “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi X2 ölüm səbəbinin məlum olmamasına istinad edərək sonuncunun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina etmişdir (Həmin publik hüquqi şəxsin 30 dekabr 2022-ci il tarixli məktubuna əsasən). - Abşeron Rayon Qeydiyyat X1 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsinə istinad edərək sonuncunun ölümünü qeydə almaqdan imtina etmişdir (Həmin şöbənin 23 dekabr 2022-ci il tarixli məktubuna əsasən). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1 və 307.2.8-ci maddələrinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “xəbərdarlıq vərəqəsi” vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq, ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 305.1.1, 307.2.8 və 308-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli, 05 nömrəli qərarına və işin müəyyən edilmiş yuxarıda göstərilən faktiki hallarına əsaslanaraq belə hesab edir ki,: - Azərbaycan Respublikası MPM-in 305.1.1 və 307.2.8-ci maddələrinin tətbiq edilməsi üçün həmin Məcəllənin 308-ci maddəsində müəyyən edilmiş hüquqi şərtin mövcud olması tələb edildiyinə görə hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ərizəçinin atası X2 ölməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsindən ibarət hüquqi şərt mövcud olmalıdır. - ölüm haqqında tibbi şəhadətnamə verməyə səlahiyyətli olan “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin struktur bölməsi olan Təcili və X3 Stansiyası tərəfindən X2 19 dekabr 2022-ci il tarixdə ölməsi faktına dair tərtib edilmiş ölüm haqqında “xəbərdarlıq vərəqəsi” həmin tibb müəssisəsi tərəfindən sonuncu barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün əsas olduğuna görə müvafiq “xəbərdarlıq vərəqəsi”nin verilməsindən ibarət işin faktiki halı ərizəçinin atası X2 ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsindən ibarət hüquqi əsası aradan qaldırmışdır. - Buna görə də ərizəçi atası X2 ölməsi halının Maraqlı şəxs tərəfindən qeydə alınmasına əsas olacaq ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün həmin sənədi verməli olan tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 308, 261.0.1, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə verdiyi ərizə üzrə işin icraatına xitam verilsin. Həmin ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi verilsin. Ərizəçi izah edilir ki, atası X2 ölməsi halının Maraqlı şəxs tərəfindən qeydə alınmasına əsas olacaq ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün həmin sənədi verməli olan tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Qərardaddan surətinin tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-499/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-499/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver