Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-543/2023 15.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı verdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 23 noyabr 1983-cü il tarixdə doğulmuş övladı X1 25 iyun 1993-cü il tarixdə Füzuli rayonunda vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, onunla X6 arasındakı nikahdan 23 noyabr 1983-cü il tarixdə doğulmuş X2 (bundan sonra – Zülfiyyə) adlı övladı 25 iyun 1993-cü il tarixdə Füzuli şəhərində ailə üzvləri ilə birlikdə yaşadıqları evdə qıcolma xəstəliyindən vəfat etmişdir. Zülfiyyənin ölümü anidən baş verdiyinə görə təcili yardım çağıra bilməmişlər. Sonuncunu Füzuli rayonu, Dədəli kənd qəbirstanlığında qayınatası X4 məzarı yanında dəfn etmişlər. Zülfiyyənin ölməsi barədə tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərdiyi səbəbdən Zülfiyyə barəsində ölüm haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Zülfiyyənin ölməsi faktını bacısı Şahid1, xalası qızı Şahid3 və övladı Şahid2 şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 verdikləri ifadələrində ərizəçinin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi hallar barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında işin faktiki halları ilə bağlı müəyyən etmişdir ki: - X2 23 noyabr 1983-cü il tarixdə Füzuli şəhərində doğulmuş, atası X6, anası Ərizəçidır (İX- ЖГ 416746 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən). - X2 25 iyun 1993-cü il tarixdə Füzuli şəhərində vəfat etmiş, Füzuli rayonu, Dədəli kənd qəbirsanlığında dəfn olunmuşdur (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli arayışa əsasən). - X1 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli rayon qeydiyyat şöbəsinin 15 yanvar 2023-cü il tarixli arayışı əsasında). Məhkəmə göstərilən şahid ifadələri və sənədlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçinin övladı X2 25 iyun 1993-cü il tarixdə Füzuli şəhərində vəfat etmiş, Füzuli rayonu, Dədəli kənd qəbirsanlığında dəfn olunmuşdur. Sonuncunun ölümü barədə tibbi sənəd və ya həkim rəyi tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsində ölüm akt qeydi aparılmamışdır. X1 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23 noyabr 1983-cü il təvəllüdlü X1 25 iyun 1993-cü il tarixdə Füzuli şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-543/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-543/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver