Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-546/2023 02.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 və Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı verdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 12 aprel 2021-ci il tarixdə Füzuli rayonu, Zobucuq-5 qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, anası X4 12 aprel 2021-ci il tarixdə yaşadığı Füzuli rayonu, Zobucuq-5 qəsəbəsində vəfat etmiş, Füzuli rayonu, Araz Dilağarda kənd qəbirsanlığında dəfn edilmişdir. Sonuncunun ölməsi barədə tibbi sənəd tərtib edilmədiyinə görə Füzuli rayon qeydiyyat şöbəsi həmin ölüm faktını qeydə almaqdan imtina etmiş, ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Göstərilən səbəbdən anasının ölümü haqqında şəhadətnaməni məhkəmədən kənar qaydada ala bilməmişdir. Bu hal ona müvafiq sənədləşmə işlərinin aparılmasında problem yaradır. Anasının ölməsi faktını bacıları olan X7 və X3 şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X3 verdikləri ifadələrində ərizəçinin ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi işin halları barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilməsi növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Ərizəçi 24 sentyabr 1983-cü il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuşdur. Onun anası X2r (İX-ЖГ seriyalı, 416585 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən). - X5 02 mart 1952-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuşdur (AZE seriyalı, 00519203 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən). - X11 ilə X5 arasındakı nikah 10 dekabr 1970-cı il tarixdə Füzuli rayonu, Dilağarda kənd sovetində qeydə alınmış, arvada “Əhmədova” soyadı verilmişdir (AЗ seriyalı, 123090 nömrəli evlənmək haqqında şəhadətnamənin surətinə əsasən). - X4 12 aprel 2021-ci il tarixdə Füzuli rayonu, Zobucuq-5 qəsəbəsində vəfat etmiş, Füzuli rayonu, Araz Dilağarda kənd qəbirsanlığında dəfn olunmuşdur (Füzuli Rayon İcra Hakimiyyəti başçısının Dilağarda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli arayışa əsasən). - X1 ölümü barədə akt qeydi arxivdə aşkar edilməmiş və ölüm haqqında şəhadətnamə verilməmişdir (Füzuli rayon qeydiyyat şöbəsinin 21 fevral 2023-cü il tarixli arayışı əsasında). Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçinin anası X4 12 aprel 2021-ci il tarixdə Füzuli rayonu, Zobucuq-5 qəsəbəsində vəfat etmiş, Füzuli rayonu, Araz Dilağarda kənd qəbirsanlığında dəfn olunmuşdur. Sonuncunun ölümü barədə Füzuli rayon qeydiyyat şöbəsində ölüm akt qeydi aparılmamışdır. X1 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02 mart 1952-ci il təvəllüdlü X1 12 aprel 2021-ci il tarixdə Füzuli rayonu, Zobucuq-5 qəsəbəsində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-546/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-546/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver