Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-549/2023 13.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat olmaqla, cəmi 2035 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 05 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclası tərəflərin gəlməməsi səbəbindən 13 aprel 2023-cü il tarixə təxirə salınmış, tərəflər sonuncu məhkəmə iclasına da gəlməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə ünvanladığı 05 aprel 2023-cü il tarixli müraciətində məhkəmənin hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, 10 aprel 2023-cü il tarixli müraciətində isə səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan, qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 173-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. - 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. - 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Göstərilən mülki-prosessual qanunvericilik normalarının mənasından aydın olur ki, məhkəmə işdə iştirak edən şəxsləri, o cümlədən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmaq vəzifəsini yerinə yetirməlidir. Məhkəmə yalnız məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlmədiyi bəzi hallarda işə baxa bilər. İşə qiyabi icraat qaydasında baxılması zamanı da cavabdehin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi vacib şərtdir. Beləliklə, məhkəmə cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandıra bilməzsə, işə baxmağa haqlı deyildir. İş üzrə iddiaçının iddia ərizəsində cavabdehin: - qeydiyyatda olduğu ünvan kimi göstərdiyi ünvan 1dildiyinə görə hazırda orada faktiki olaraq yaşayış yoxdur. Bu səbəbdən məhkəmə tərəfindən həmin ünvana məhkəmə bildirişi göndərilməmişdir. - faktiki yaşayış yeri kimi göstərdiyi “ünvan 2 ünvanına isə məhkəmə bildirişləri göndərilsə də, poçt orqanı tərəfindən zərfin üzərinə yapışdırılmış “F-20”-yə edilmiş qeyddə cavabdehin həmin ünvanda yaşamadığı göstərilmişdir. - və ailə üzvünün istifadələrində olduğu kimi göstərilmiş mobil nömrələrə isə məhkəmə aparatı tərəfindən bir neçə dəfə zəng edilsə də və məhkəmə bildirişinin SMS vasitəsilə göndərilməsinə cəhd edilsə də, bunların müsbət nəticəsi olmamışdır. Məhkəmə göstərilən səbəblərdən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-in: - 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin faktiki yaşayış yeri göstərilməlidir. - 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlana bilər. Məhkəmə iddiaçının cavabdehin faktiki yaşayış ünvanı və istifadəsində olan mobil nömrə barədə iddia ərizəsində göstərdiyi məlumatlar əsasında cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandıra bilmədiyinə görə iddiaçıya 13 aprel 2023-cü il tarixədək məhkəməyə cavabdehin faktiki yaşayış yeri barədə məlumat verməsini həm yazılı, həm də şifahi qaydada (telefon danışığı zamanı) tapşırmış, əks halda iddia ərizəsinin baxılmamış saxlanacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı 13 aprel 2023-cü il tarixədək məhkəməyə cavabdehin faktiki yaşayış yeri barədə məlumat verməmiş, əksinə məhkəməyə ünvanladığı 10 aprel 2023-cü il tarixli müraciətində işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsində cavabdehin faktiki yaşayış yerini düzgün göstərməməklə Azərbaycan Respublikası MPMin 149.2.2-ci maddəsinin tələbinə əməl etmədiyinə, sonradan da məhkəmənin təklifi ilə həmin nöqsanı aradan qaldırmadığına, bu hal məhkəmə tərəfindən cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasını mümkünsüz etməklə və məhkəmə icraatı davam edərsə, cavabdehin mülki-prosessual hüquqlarının pozulacağına səbəb olmaqla, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törətdiyinə görə iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, həmin Məcəllənin 260.2-ci maddəsinə əsasən iddiaçıya iddia ərizəsində cavabdehin faktiki yaşayış yerini düzgün göstərdikdən sonra eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 149.2.2, 259.0.12, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilir ki, iddia ərizəsində Cavabdeh faktiki yaşayış yerini düzgün göstərdikdən sonra eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-549/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-549/2023
13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver