Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-559/2024 22.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, ərizəçi X1 Maraqlı şəxs cəlb etməklə verdiyi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X3 (bundan sonra - ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0683 saylı Barışıq Sazişinin icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin rəsmi qeydə alındığı ünvan ünvan 1ublikası MPM-in: -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizəçi X1 Maraqlı şəxs cəlb etməklə verdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi X2 rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-559/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-559/2024
22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver