Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-631/2023 12.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nigah dövründə 13 mart 2019-cu ildə əldə edilmiş "HYUNDAİ ELANTRA” markalı, Az **-NO-*** dövlət qeydiyyat nişanlı və 17 iyun 2019-cu ildə əldə edilmiş "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə 2/3 hissədə onun payı, 1/3 hissədə cavabdehin payının müəyyən edilməsi, həmin avtomobillərin açıq hərracda satılması, əldə olunacaq pul məbləğinin paylara mütənasib şəkildə bölünərək ona ödənilməsi və cavabdehdən brilyant qaşlı boyunbağı, qolbağı, sırğa üzük komplekti dəyəri 2.500 manat, nişan üzüyü- dəyəri 600 manat olan qızıl zinət əşyaları, əgər həmin qızılzinət, əşyalarını və ya onların dəyəri 3.100 manat məbləğində pulun alınlb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Cavabdeh ilə 03 marı 2009-ci il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman və nikah dövründə nigah müqaviləsi bağlamamışlar. Birgə nikahdan 09 fevral 2009-cu il təvəllüdlü X6 və 15 iyun 2012-ci il təvəllüdlü X8 adlı övladları var. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz söhbətlər yaranmışdır. Hal-hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyuğun gəlmir və bir yerdə yaşamır. Aralarında böyük narazılıqlar olduğuna görə bundan sonra ər-arvad münasibətləri yaratmağı və bir yerdə yaşamağı qeyri-mümkündür. Halhazırda aralarında olan nikah formal xarakter daşıdığına görə nikahın pozulması tələbi dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh birgə nigah dövründə 13 mart 2019-cu ildə “HYUNDAİ ELANTRA” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı və 17 iyun 2019-cu ildə “CHEVROLET CRUZE” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri əldə etmişdir. Həmçinin cavabdehlə toyu olanda ona verdiyi brilyant qaşlı boyunbağı, qolbağı, sırğa üzük komplekti dəyəri 2500 manat, nişan üzüyü- dəyəri 600 manat olan qızıl zinət əşyaları cavabdehdə qalıb, həmin qızıl-zinət əşyalarını cavabdehdən tələb etsədə o, bunları qaytarmaqdan boyun qaçırır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, onun valideynləri tərəfindən ona hədiyyə alınmış qızıl-zinət əşyaları Şaiq tərəfindən lombarda girov qoyularaq götürdüyü pulu qaytara bilmədiyi üçün satılmışdır. İddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını isə Şaiqin valideynləri ona hədiyyə almışlar. Həmin qızıl əşyaları əsasən qayınanası X1 olmuşdur və hazırda da ondadır. Belə ki, onunla telefon danışığı zamanı A.Məmmədova bunu təsdiq etmişdir və o, məcbur olub qayınanasının səsini yazmışdır. Odur ki, qızıl-zinət əşyalarının naturada və ya bu mümkün olmadıqda dəyərinin pulla cavabdeh A.Məmmədovadan alınaraq ona verilməsini xahiş edir. İddiaçı nümayəndəsi X9 iddia ərizəsində və iddiaçının izahatında göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd olunan avtomobillər onun adına qeydə alınsa da onun vəsaiti hesabına deyil, dostu Elnur Abbasovun vəsaiti hesabına alınmışdır. Belə ki, Elnurun sürücülük vəsiqəsi olmadığından hər iki avtomobil onun adına rəsmiləşdirilmişdir. Onunla Nuranə arasında münasibətlər kəskinləşdikdən sonra Elnur həyat yoldaşı ilə Nuranənin yanına gedərək avtomobilin Şaiqin adına qeydə alınsa da əslində Elnura məxsus olması barədə söhbət aparmış və Nuranənin səsini yazmışdır. Həmin səsyazmada Nuranə özü də təsdiq edir ki, avtomobil Elnurundur. Ərizədə göstərilən qızıl-zinət əşyalarını isə 2017-ci ildə girov qoyaraq kredit götürdüyü üçün krediti ödəyə bilmədiyindən qızıl-zinət əşyaları satılaraq borcu ödənilmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Cavabdeh təşəbbüsü ilə dəvət edilmiş şahid X7 bildirdi ki, Şaiqin adına qeydə alınmış "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin iyun ayında Gürcüstanın Rustavi şəhərində yerləşən maşın bazarından almışdır. Həmin vaxt Cavabdeh onun yanında olmuşdur. Onlar birlikdə həmin avtomobili sürərək Bakı şəhərinə gəlmişlər. Onun sürücülük vəsiqəsi olmadığından avtomobili dostu Cavabdeh adına qeydə aldırmışdır. Həmin vaxtdan etdibarnamə almış və avtomobil onun istifadəsində və sahibliyindədir. Bu avtomobil onun vəsaiti hesabına alınmışdır və cavabdehə heç bir aidiyyəti yoxdur. Şaiqlə Nuranə arasında münasibətlər kəskinləşdikdən sonra o, həyat yoldaşı ilə Nuranənin yanına gedərək avtomobilin Şaiqin adına qeydə alınsa da əslində ona məxsus olması barədə söhbət aparmış və Nuranənin səsini telefonla yazmışdır. Həmin səsyazmada Nuranə özü də təsdiq edir ki, avtomobil onundur. İş materiallarına əlavə olunmuş: AZ-T № 049195 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə 80 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Rüstəmov, arvada Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydə alınmışdır. "HYUNDAİ ELANTRA” markalı, Az **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydə alınmış və xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmışdır. xx.xx.2018-ci il tarixli, 358664 saylı girov biletinin surətindən görünür ki, Cavabdeh tərəfindən 1 cüt sırğa 750 əyar 8 qram çəkidə girov qoyulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə rəsmi qeydə alınmaqla nikah bağlanmışdır. "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** və "HYUNDAİ ELANTRA” markalı, Az **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobillər tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Sonuncu avtomobil elə birgə nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmaqla cavabdehin adına qeydiyyatdan çıxarılmışdır. Məhkəmə belə hesab edir ki, "HYUNDAİ ELANTRA” markalı, Az **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə artıq satılaraq özgəninkiləşdirildiyindən İddiaçı həmin əmlaka dair payı müəyyən edilə bilməz və bu səbəbdən də iddia tələbi bu hissədə rədd edilməlidir. "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddiaçının payının tanınması hissəsini də qismən təmin edərək məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan avtomobil onun adına qeydə alınsa da onun vəsaiti hesabına deyil, dostu Elnur Abbasovun vəsaiti hesabına alınmışıdr. Belə ki, Elnurun sürücülük vəsiqəsi olmadığından hər iki avtomobil onun adına rəsmiləşdirilmişdir. Onunla Nuranə arasında münasibətlər kəskinləşdikdən sonra Elnur həyat yoldaşı ilə Nuranənin yanına gedərək avtomobilin Şaiqin adına qeydə alınsa da əslində Elnura məxsus olması barədə söhbət aparmış və Nuranənin səsini yazmışdır. Həmin səsyazmada Nuranə özü də təsdiq edir ki, avtomobil Elnurundur. Cavabdehin təşəbbüsü ilə dəvət edilmiş şahid X7 da məhkəmə iclasında bildirdi ki, Şaiqin adına qeydə alınmış "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin iyun ayında Gürcüstanın Rustavi şəhərində yerləşən maşın bazarından almışdır. Həmin vaxt Cavabdeh onun yanında olmuşdur. Onlar birlikdə həmin avtomobili sürərək Bakı şəhərinə gəlmişlər. Onun sürücülük vəsiqəsi olmadığından avtomobili dostu Cavabdeh adına qeydə aldırmışdır. Həmin vaxtdan etdibarnamə almış və avtomobil onun istifadəsində və sahibliyindədir. Bu avtomobil onun vəsaiti hesabına alınmışdır və cavabdehə heç bir aidiyyəti yoxdur. Şaiqlə Nuranə arasında münasibətlər kəskinləşdikdən sonra o, həyat yoldaşı ilə Nuranənin yanına gedərək avtomobilin Şaiqin adına qeydə alınsa da əslində ona məxsus olması barədə söhbət aparmış və Nuranənin səsini telefonla yazmışdır. Həmin səsyazmada Nuranə özü də təsdiq edir ki, avtomobil onundur. Cavabdeh tərəfindən təqdim edilmiş səsyazma tərəflərin iştirakları ilə dinlənilərkən orada tərəflər arasındakı söhbətin məhz iddia predmeti olan “CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobildən getdiyi müəyyən edilmir. Odur ki, məhkəmə cavabdeh tərəfin sübut kimi təqdim etdiyi şahid ifadəsini və səsyazmanı kifayər qədər mötəbər sübut kimi nəzərə almır və cavabdeh tərəfin mülahizələrini inandırıcı hesab etmir. Belə ki, cavabdeh və onun təşəbbüsü ilə dəvət edilərək dindirilmiş şahid avtomobilin Cavabdeh adına qeydə alınması səbəbi kimi onu əsas gətirmişlər ki, E.Abasovun sürücülük vəsiqəsi olmadığından avtomobili Cavabdeh adına qeydə aldırmaq məcburiyyətində qalmışlar. Lakin məhkəmə cavabdeh tərəfin mülahizələri ilə razılaşmayaraq bildirir ki, sürücülük vəsiqəsi olmayan şəxsin adına avtomobilin qeydə alına bilməməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa yoxdur. Odur ki, məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı sayaraq İddiaçı "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə payının tanınmasını əsaslı hesab edir. İddia tələbinin avtomobilin açıq hərracda satılması və əldə olunacaq pulun paylara mütənasib şəkildə bölünərək ödənilməsi hissəsini rədd edərək məhkəmə bildirir ki, qeyd olunan iddia tələbinə hazırkı mərhələdə baxılması əsaslı deyil. Belə ki, birgə nikah dövründə əldə olunmuş əmlaka dair ½ hissədə payın müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbə ayrıca icraatda baxılması daha məqsədəmüvafiqdir. İddia tələbinin brilyant qaşlı boyunbağı, qolbağı, sırğa-üzük komplekti dəyəri 2.500 manat, nişan üzüyü-dəyəri 600 manat olan qızıl-zinət əşyalarının naturada və ya bu mümkün olmadıqda dəyərinin pulla digər cavabdeh A.Məmmədovadan alınaraq verilməsi hissəsini təmin edərək məhkəmə qeyd edir ki, tərəflər arasında aparılmış danışıqların səsyazması tərəflərin iştirakları ilə dinlənilmiş və müəyyən edilmişdir ki, cavabdeh A.Məmmədova telefon danışığı zamanı qızıl əşyalarının onda olduğunu təsdiqləmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun valideynləri tərəfindən ona hədiyyə alınmış qızıl-zinət əşyaları Şaiq tərəfindən lombarda girov qoyularaq götürdüyü pulu qaytara bilmədiyi üçün satılmışdır. İddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını isə Şaiqin valideynləri ona hədiyyə almışlar. Həmin qızıl əşyaları əsasən qayınanası X1 olmuşdur və hazırda da ondadır. Belə ki, onunla telefon danışığı zamanı A.Məmmədova bunu təsdiq etmişdir və o, məcbur olub qayınanasının səsini yazmışdır. Cavabdeh ərizədə göstərilən qızıl-zinət əşyalarını 2017-ci ildə girov qoyaraq kredit götürdüyü üçün krediti ödəyə bilmədiyindən qızıl-zinət əşyaları satılaraq borcun ödənildiyini bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 358664 saylı girov biletinin surətindən görünür ki, Cavabdeh tərəfindən 1 cüt sırğa 750 əyar 8 qram çəkidə girov qoyulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən yalnız bir cüt sırğa lombarda girov qoyulmuşdur. Belə olan halda, məhkəmə cavabdehin mülahizələrini inandırıcı hesab etmir. Ərizədə sadalanan qızıl-zinət əşyalarının dəyəri cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə ərizədə qeyd olunan qiymətləri əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş "CHEVROLET CRUZE” markalı, Az **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə İddiaçı payı tanınsın. İddiaçı məxsus olan brilyant qaşlı boyunbağı, qolbağı, sırğa-üzük komplekti dəyəri 2.500 manat, nişan üzüyü-dəyəri 600 manat olan qızıl zinət əşyaları naturada və ya bu mümkün olmadıqda onların dəyəri pulla cavabdeh X2 alınaraq İddiaçı verilsin. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-631/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-631/2023
12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver