Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-651/2023 17.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasna dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh 1.960 manat borcun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün kimi Füzuli rayonunun Mahmudli-2 kəndində yaşayır. Cavabdeh hərbiçidir, Cavabdeh onunla ümumi tanışı hərbiçi olan Qiyas tanış etmişdir. O, cavabdehin ümumi tanışı Qiyasın vasitəsi ilə xahişi əsasında cavabdehə 2021-ci ildə cəmi 1.960 manat borc pul vermişdir. Cavabdeh pulu tezliklə qaytaracağına söz versə də, indiyədək ona olan pul borcunu ödəməyib. Bununla bağlı cavabdeh 2021-ci ildə qəbz də verib. Həmçinin özünün hərbi bilet və vəsiqəsinin surətini də ona verərək borcunu tezliklə ödəyəcəyini deyib. O, dəfələrlə Cavabdeh ona olan pul borcunu ödəməsini xahiş etsə də, cavabdeh onun xahişlərinə heç bir məhəl qoymayıb, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınıb. Belə olan halda o, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin qanunazidd hərəkətləri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Ona görə də, iddia tələbinin təmin olunmasını istəyir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Cavabdehla telefonla əlaqə saxlanılmış və o, iddiaçıya 1400 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən iddiaçı tərəfindən təqdim olunmuş qəbzdən görünür ki, orada Cavabdeh İddiaçı 840 manat borca pul götürdüyü qeyd edilmişdir. Qəbzin sonunda qalıq borc 1.120, cəmi 1.960 m sözləri yazılsa da bu ifadələrin cavabdeh tərəfindən yazılması şübhə doğurduğundan məhkəmə həmin məlumatları sübut kimi nəzərə almır. Odur ki, məhkəmə cavabdehin etirafını nəzərə almaqla cavabdehdən iddiaçının xeyrinə 1.400 manat pulun tutulmasını əsaslı hesab edir. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.400 manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov İş № 2(064)-651/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL Füzuli Rayon Məhkəməsi 17 aprel 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, eləcə də cavabdehə göndərilmiş məhkəmə bildirişini nəzərdən keçirdikdən sonra qətnaməni qəbul etdim: S ə d r l i k e d ə n:
Məhkəmə qərarları › İş №2(064)-651/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-651/2023
17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver