Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-669/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1978-ci il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdə Füzuli rayonu, Araz Zərgar kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci il təvəllüdlü mərhum oğlu X10 xx.xx.2008-ci ildə Füzuli rayonu, Araz Zərgar kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölümü ilə əlaqədar Füzuli rayon Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması onun üçün bir çox çətinliklər yaradır. Belə ki, sənədləşmə işləri ilə əlaqədar olaraq ondan mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar olaraq Füzuli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsindən ona rəsmi olaraq məhkəməyə müraciət etməsi izah edilmişdir. Mərhum oğlunun ölümü qeyd edilmədiyindən, onun ölüm şəhadətnaməsini başqa qaydada əldə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 bildirdil ki, Ərizəçi onun anasıdır. Ərizəçinin oğlu və onun qardaşı xx.xx.1978-ci il təvəllüdlü X8 xx.xx.2008-ci il tarixində Füzuli rayonu, Araz Zərgar kəndində vəfat etmiş və həmin kənddə dəfn edilmişdir. Lakin ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Vİ-JQ № 308679 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. X2, anası X4r. Füzuli Rayon Məhkəməsinin 1 noyabr 2008-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Babaşov Xəlil Rəftar oğlu 14 iyul 2008-ci il tarixdə ehtiyatsıqlıqdan X6 öldürmüşdür. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü X5 ölümü barədə akt qeydi aşkar edilməmişdir. Odur ki, Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Təqdim edilmiş qəbir daşının fotoşəkilindən görünür ki, orada X11 xx.xx.1978xx.xx.2008-ci il sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbə tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X5 ölüm haqqında akt qeydi şöbədə aşkar olunmamışdır. Bu səbəbdən də ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi oğlu xx.xx.1978-ci il təvəllüdlü X11 xx.xx.2008-ci il tarixində Füzuli rayonu, Araz Zərgar kəndində vəfat etmişdir. Lakin Ərizəçi həmin ərəfədə oğlu xx.xx.1978-ci il təvəllüdlü X5 haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1978-ci il təvəllüdlü X5 xx.xx.2008-ci il tarixdə Füzuli rayonu, Araz Zərgar kəndində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-669/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-669/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver