Məhkəmə qərarları › İş №2(064)-673/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-673/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-673/2024 24.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi və ƏƏSMN tabeliyində DSMF-nun SÖTMF-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi əmək satjının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını cəlb etməklə, onun xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun «Engels» adına sovxozda fəhlə kimi işləməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun «Englis» adına sovxozda fəhlə işləmişdir. 23 oktyabr 1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal olunarkən sovxozun sənədləri, həmçinin onun əmək kitabçası da hərbi əməliyyatlar, işğal zamanı məhv edilmişdir. Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fialialına müraciət etmişəm, sənədlərim araşdırılmış, ona bildirmişlər ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək fəaliyyəti barəsində sənədlər milli münaqişə zəminində məhv edildiyi üçün onun xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun «Englis» adına sovxozda fəhlə işlədiyinə dair sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. İşlədiyi sovxozun bütün arxiv sənədləri ermənilərlə aparılan hərbi əməliyyatlar zamanı məhv edildiyindən hazırda həmin müəssisənin sənədlərini bərpa etmək mümkün deyildir. Füzuli rayonunun «Englis» adına sovxozda fəhlə işlədiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun «Englis» adına sovxozda fəhlə işləmişdir. 1993-cü ildə Füzuli rayonu işğal edilərkən bütün əmlakı, əmək fəaliyyəti ilə bağlı bütün sənədləri (əmək kitabçası) evində qalaraq məhv olmuşdur. Məhkəmə iclasında iştirak edən ƏƏSMN tabeliyində DSMF-nun SÖTMF-nın nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi yaşa görə əmək pensiyasının təyin olunması üçün Mərkəzi Filiala müraciət etmiş, lakin Ərizəçi işlədiyini iddia etdiyi “Engels" adına sovxozun 1976-1985-ci illərə aid arxiv sənədləri işğal nəticəsində yandırıldığı, 1986-1993- cü illərə aid arxiv sənədlən isə Dövlət Arxivinə verilmədiyi, o cümlədən sözügedən dövrlərə dair əmək kitabçası olmadığı üçün yaşa görə pensiya təyinatından imtina edilmişdir. Ərizənin əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, o, 1974cü ildən “Engels” sovxozunda üzüm briqadiri kimi işə başlamışdır və ərizəçi də 1976-cı il tarixdən eyni sovxozda fəhlə kimi işləməyə başlamışdır. Onlar “Engels” sovxozunda 1993-cü ilədək işləmişlər. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirdi ki, o, xx.xx.1973-cü ildən “Engels” sovxozunda traktorçu kimi əmək fəaliyyətinə başlamış, 1993-cü il erməni işğalınadək həmin sovxozda işləmiş, Ərizəçi isə həmin sovxozda 1976-cü il tarixdən 1993cü il tarixədək fəhlə olaraq gəlmişdir. Onlar “Engels” sovxozunda 1993-cü ilədək işləmişlər. Qeyd olunanlar ona məxsus əmək kitabçasında mövcud olan qeydlərlə də təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirdi ki, o, 1974cü ildən “Engeles” sovxozunda üzüm briqadiri kimi işə başlamışdır və ərizəçi də 1976-cü il tarixdən eyni sovxozda fəhlə vəzifəsində işləmişdir. Onlar “Engels” sovxozunda 1993-cü ilədək işləmişlər. Qeyd olunanlar məhkəmə qətnaməsində də öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, o, 1973cü ildən “Engeles” sovxozunda fəhlə kimi işə başlamışdır və ərizəçi də 1976-cü il tarixdən eyni sovxozda əvvəl fəhlə vəzifəsində işləmişdir. Onlar “Engels” sovxozunda 1993-cü ilədək işləmişlər. Qeyd olunanlar məhkəmə qətnaməsində də öz əksini tapmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, “ ... məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. ... Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3/48-DA-3F/2-Q-33.2/2024 saylı arxiv arayışında göstərilmişdir ki, “ ... Füzuli rayon Aşağı Seyidəhmədli kəndi “Engels” sovxozunun 1976-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1986- 1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənilşlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-29603/24 saylı məktubunda göstərilmişdir ki, “ ... ümumi stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2024-cü il tarixində yaşa görə sosial 220 manat məbləğində sosial müavinət təyin edilib”. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-689 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, şahid qismində dindirilmiş X2 1974-cü ildən “Engeles” sovxozunda üzüm briqadiri kimi işə başlamışdır və “Engels” sovxozunda 1993-cü ilədək işləmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən olunur ki, şahid qismində dindirilmiş X5 xx.xx.1973-cü ildən “Engels” sovxozunda traktorçu kimi əmək fəaliyyətinə başlamış, 1993-cü ilədək həmin sovxozda işləmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-3548 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, şahid qismində dindirilmiş X1 1973-cü il tarixdən 1975-ci ilin iyun ayınadək və 30 may 1977-ci ildən 23 oktyabr 1993-cü il tarixədək “Engeles” sovxozunda fəhlə kimi işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə müvafiq olaraq, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun «Engels» adına sovxozda fəhlə kimi işləməsi faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 , 307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonunun «Engels» adına sovxozda fəhlə kimi işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar