Məhkəmə qərarları › İş №2(064)-674/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-674/2024

27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-674/2024 27.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, ərizəçi İddiaçı və Maraqlı şəxs iştirakları ilə, ərizəçi İddiaçı Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə muraciət edərək, Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X3, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, hər ay cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə maraqlı şəxs Cavabdeh Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını 22 may 2015-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 130 nömrə ilə qeyd edilmişdir. Evli olduğu müddətdə birgə nikahdan xx.xx.2015-ci il tarixdə X3, xx.xx.2017-ci il tarixdə X2 və xx.xx.2022-ci il tarixdə X5 adlı övladları dünyaya gəlmişdir. O, artıq xeyli müddətdir ki, cavabdehdən ayrı yaşayır. Uşaqları hazırda onun yanında yaşayır. Cavabdeh ona və uşaqlarına heç bir maddi və ya mənəvi kömək göstərmir. O, cavabdeh tərəflə mediasiya təşkilatında alimentin ödənilməsi barədə barışıq sazişi bağlamışlar, həmin sazişə görə cavabdeh 01 mart 2024-cü il tarixdən başlayaraq hər uşağa görə aylıq olaraq 200 manat olmaqla, cəmi hər ay 600 manat ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında: Ərizəçi İddiaçı ərizəsinə uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cəbrayıl 1 saylı Mediasiya təşkilatı (mediator C.Cəmilli) tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazışində aşağıdakılar qeyd edilmişdir: - birgə nikah dövründə doğulmuş övladları xx.xx.2015 -ci il təvəllüdü X3, xx.xx.2017-ci il təvəllüdü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində və yanında qalmasına ikinci tərəf X4 etiraz etmir. - tərəflərin razılığı ilə ikinci tərəf X4 xx.xx.2015-ci il təvəllüdü X3, xx.xx.2017 -ci il təvəllüdü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 üçün hər uşaq üçün hər ay 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürdü. - Alimentin başlanğıcı xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək ödəyəcəyini ikinci tərəf öz öhdəsinə götürdü. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində deyilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinfə alimentin 1 martdan hesablanması qeyd olunmaqla imzalandığı gündən 10 gün müddətində Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra olunmadığından İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığına görə təsdiq edilməli və məcburi icraya yönəldilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 355-23-355-25-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. İddiaçı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin və məcburi icraya yönəldilsin: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdü X3, xx.xx.2017 -ci il təvəllüdü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar