Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-678/2025 30.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ona məxsus dəyəri 1320 manat olan 11,3 qram çəkidə bir ədəd qızıl nişan üzüyü və dəyəri 410 manat olan 3,5 qram çəkidə bir ədəd qızıl zəncirvari boyunbağının naturada və ya bu mümkün olmadıqda qızıl-zinət əşyalarının dəyərinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus dəyəri 1320 manat olan 11,3 qram çəkidə bir ədəd qızıl nişan üzüyü və dəyəri 410 manat olan 3,5 qram çəkidə bir ədəd qızıl zəncirvari boyunbağını cavabdeh X2 müvəqqəti istifadə məqsədilə ondan almış və sonradan qaytaracağını bildirmişdir. Lakin bundan bir müddət keçsə də cavabdeh qızılzinət əşyalarını ona qaytarmamışdır. O, dəfələrlə cavabdehdən qızıl- zinət əşyalarının qaytarılmasını tələb etmiş, lakin cavabdeh qızıl-zinət əşyalarını və ya onların dəyərini ona qaytarmamışdır. Bu barədə Füzuli rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında Polis Şöbəsində araşdırma aparılarkən cavabdehin valideynləri ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə olduğunu təsdiq etmişlər və Füzuli rayon Polis Şöbəsi tərəfindən məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını ona qaytarmadığına görə qızıl-zinət əşyalarının naturada və ya bu mümkün olmadıqda onların dəyərinin cavabdehdən məcburi qaydada alınıb ona verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarını cavabdehə nə vaxt verməsi və cavabdehin onları ondan almasına dair hər hansı sübutu yoxdur. Həmçinin həmin qızıl-zinət əşyalarının foto şəkilləri və əyarları, çəkisi barədə hər hansı sənəd yoxdur. O, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Füzuli Rayon polis şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur ki, onun şikayətinə əsasən Cavabdeh valideynləri izahat verərək bildirmişdir ki, İddiaçı məxsus qızıl-zinət əşiyalarını Cavabdeh almış və hazırda o, Rusiya Federasiyasında yaşayır. Belə ki, iddiaçıya mülki qaydada məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı cavabdehdən “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini tələb etdiyi nişan üzüyü və zəncirvari boyunbağınınona məxsus olması ilə əsaslandırmış, tələbin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün Füzuli Rayon polis şöbəsindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətini təqdim etmişdir. Məhkəmə həmin sübuta tənqidi yanaşır və onun mövcudluğunu hazırki iddianın təmin edilməsi üçün əsas saymır. Belə ki, surəti təqdim edilmiş Füzuli Rayon polis şöbəsindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda iddiaçıya məxsus qızıl-zinət əşyasının cavabdehdə olması halını təsdiq edən şəxsin kimliyini müəyyən etmək və onun cavabdeh və iddiaçı ilə qarşılıqlı münasibətlərinin, o cümlədən bu işin həllində maraqlı olub-olmamasını müəyyən etmək mümkün deyil. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədin surətindən onun həqiqiliyini müəyyən etmək mümkün deyil. Halbuki Azərbaycan Respublikası MPM-nin 89.3-ci maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İndiki halda isə həmin sənədin həqiqiliyini müəyyən etmək mümkün deyil. Belə olan halda ümumiyyətlə həmin sübut hazırki mübahisənin həllində qəbuledilməzdir. Beləliklə, iddiaçı özünəməxsus qızıl-zinət əşyalarının cavabdehdə qalmasına dair şübhədənkənar sübutu məhkəməyə təqdim etməmiş, iş üzrə əsassız şübhədənkənar sübutlarla iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehdə qalması halı təsdiq edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə hesab edir ki, iddia üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, iddiasının faktiki əsası kimi istinad etdiyi halları mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə olan halda isə, onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - ... qaçqınlar və məcburi köçkünlər... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, tərəflər Füzuli rayonu, Cuvarlı kəndindən məcburi köçkündürlər və onların bu statusu qüvvədədir. Beləliklə, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə iddia tələbi rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-678/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-678/2025
30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver