Məhkəmə qərarları › İş №2(064)-742/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-742/2025

27.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-742/2025 27.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Cavabdeh iştirakları ilə Ərizəçi (maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, maraqlı tərəf Cavabdeh ilə ailə quraraq, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmi qeydə aldırmışlar. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı 3 uşaq anadan olmuşdur. Hazırda o, uşaqları ilə birlikdə yaşayır. Cavabdeh ilə barışmağı mümkün olmadığına görə ayrılmaq qərarına gəlmiş və mediasiya şurasına müraciət edərək maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Həmin barışıq sazişinə əsasən Ərizəçi Cavabdeh qarşı nikahları pozulmadan aliment tələbi ilə bağlı birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2018 ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər bir uşağa 370 (üç yüz yetmiş azn) manat sabit pul məbləğində, yəni hər uşağ üçün minimum əmək haqqının 0,925 misli, yəni cəmi 2,775 misli olmaqla ikinci tərəfdən aliment qaydasında tutularaq birinci tərəfin kart hesabına ödənilməsi və həmçinin alimentin tutulmasının xx.xx.2025-ci il tarixindən müəyyən edilməklə hər ayın ilk birinci 10 (on) günlüyündə icra olunması, həmçinin gələcək dövürlərdə alimentin indeksasiyası ilə bağlı razılaşmışlar. Beləliklə aralarında razılıq əldə olunmuş və Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfində xx.xx.2025-ci il tarixli MŞC/MT020/2025/00085 nömrəli Barışıq sazişi tərtib edilmişdir. Lakin Cavabdeh aralarında bağlanmış barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən aralarındada bağlanmış barışıq sazişinin təstiqlənməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və həmin razılaşmanın məhkəmə qətnaməsində göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən: Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs izahat verərək qeyd olunanlara etirazı olmadığını bildirdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞC/MT020/2025/00085 nömrəli barışıq sazişindən görünür ki, Cavabdeh, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi himayəsində olmaqla onunla birlikdə yaşamalarına razı olmuş və xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 370 manat (cəmi minimum əmək haqqının 2,775 misli) sabit pul məbləğində alimentin Ərizəçi ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Həmçinin həmin Sazişin 6-cı bəndindən görünür ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən Cavabdeh tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamalarına razılıq verməsi, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 370 manat, yəni hər uşağ üçün minimum əmək haqqının 0,925 misli, cəmi minimum əmək haqqının 2,775 misli məbləğində alimentin Ərizəçi ödənilməsi, həmin saziş imzalandığı gündən, yəni xx.xx.2025-ci il tarixdən sonra 10 təqvim günü müddətində könüllü şəkildə icra olunması barədə razılıq əldə edilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin azyaşlı uşaqların ananın yanında qalması və alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən “Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi himayəsində olmaqla onunla birlikdə yaşamalarına razı verməsi və xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 370 manat, yəni hər uşağ üçün minimum əmək haqqının 0,925 misli, cəmi minimum əmək haqqının 2,775 misli məbləğində alimentin Ərizəçi ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: Ərizə təmin edilsin. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı (mediator R.Məmmədov) tərəfindən təsdiq edilmiş Ərizəçi (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən – “Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək anaları Ərizəçi himayəsində olmaqla onunla birlikdə yaşamalarına razılıq verməsi və xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 370 manat, yəni hər uşağ üçün minimum əmək haqqının 0,925 misli, cəmi minimum əmək haqqının 2,775 misli məbləğində alimentin Ərizəçi ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar