Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-858/2023 12.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X5 xx.xx.1936 ci ildə Füzuli rayonunun Qarakollu kəndində anadan olub .xx.xx.2008 ci il tarixində xəstəlikdən vəfat edib və Bakı şəhəri Hövsan qəbiristanlığında dəfn olunub. İndiyədək mərhum anasına nə Füzuli rayon Qarakollu kənd icra nümayəndəliyindən, nə də Füzuli rayon Qeydiyyat Şöbəsindən ölüm haqqında şəhadətnamə almışlar. Hazırda kənd icra nümayəndəliyində olan təsərrüfatbaşı kitabında anasının ölməsi qeyd olunmamışdır. Təsərrüfatbaşı kitabdan mərhum anasının adının silinməsi üçün ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Mərhum atası ölüm haqqında şəhadətnamə almadığı üçün sənədləşmə aparılarkən çətinliklərlə üzləşir. Bu faktın müəyyən edilməsi ona müvafiq sənədləşmə aparmaq üçün lazımdır. Mərhum anasının ölüm haqqında şəhadətnamə almaq üçün Füzuli rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsində anasının ölüm haqqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Füzuli rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımınca məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə dəvət edilmiş şahidlər X10 və X13 bildirdilər ki, Füzuli rayonu, Qarakollu kənd sakini Ərizəçi anası X3 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Hövsan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Lakin ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini almamışdır. Məhkəmə Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 328 saylı arayışdan görünür ki, X4 xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Qarakollu kəndində doğulmuşdur. X1, anası X7r. Füzuli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ölümün dövlət qeydiyyatına alınması üçün zəruri olan tibbi şəhadətnamə tibb müəssisəsi tərəfindən verilməmiş, ölümün dövlət qeydiyyatına alınması mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Təqdim edilmiş qəbir daşının fotoşəkilindən görünür ki, orada X3 xx.xx.1936-cı il-14.09. 2008 sözləri yazılmışdır. Füzuli ayon İHB-nin Qarakollu kənd İƏD üzrə nüməyəndəliyi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli arayışda qeyd edilir ki, Ərizəçi anası X3 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və Bakı şəhər, Hövsan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, Ərizəçi qeyd olunan məsələnin məhkəmədən kənar həlli üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş və Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X2 ölümünün dövlət qeydiyyatına alınması üçün zəruri olan tibbi şəhadətnamə Füzuli rayon QŞ-yə təqdim edilməmişdir. Ona görə də, Ərizəçi məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadələri və digər sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi anası X3 xx.xx.2008-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Hövsan qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Lakin ərizəçi həmin ərəfədə anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Bununla yanaşı, işin faktiki hallarından görünür ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Ərizəçi şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 305-308-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1936-cı il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-858/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-858/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver