Məhkəmə qərarları › İş №2(064)-878/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-878/2023

04.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-878/2023 04.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yuxarıda adları qeyd etdiyi cehiz əmlaklarının və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin əsaslandırıcı hissəsində cehiz əşyaları sadalansa da onların dəyəri qeyd olunmamışdır. Bununla yanaşı, ərizənin nəticə hissəsi qeyri-müəyyən olmaqla əşyaların adları və dəyəri dəqiq qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-in: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 150, 152.1, 152.1.2, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılsın. İddiaçıya aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi izah edilsin: - İddia ərizəsinin əsaslandırıcı və nəticə hissələrində cehiz əşyalarının adları və dəyəri dəqiqləşdirilməklə qeyd olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yaşar Həşimov İş № 2(064)-878/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 04 may 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı qənaətə gəldim: İddiaçı Cavabdeh Əlisafa oğluna qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən iddiaçıya qaytarılsın. İddiaçıya aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsi izah edilsin: - İddia ərizəsinin əsaslandırıcı və nəticə hissələrində cehiz əşyalarının adları və dəyəri dəqiqləşdirilməklə qeyd olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar